"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1848
Avropalı diplomatlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar
Mətbuat xidmətinin məlumatı 27 İyun, 2012
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Aİ-nin üzvü olan dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar iyunun 27-də məcburi köçkünlərlə görüşmüşlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə diplomatlar əvvəlcə Binəqədi rayonunda yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olmuşlar. Yataqxanadakı şəraitlə maraqlanan diplomatlar Ağdam rayonundan olan məcburi köçkün Məhərrəm Hüseynovun ailəsinin yaşadığı otağa baxmışlar. Dövlət tərəfindən onların qayğılarının, problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi qaydada tədbirlərin həyata keçirildiyini vurğulayan M.Hüseynov bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzusunda olduğunu bildirmişdir. Diplomat qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, təmsil etdikləri ölkələrin ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini demişlər. Sonra avropalı diplomatlar Sabunçu rayonunun Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşlar. QMKİDK-nın sədr müavini Gəray Fərhadov 2007-ci ilin mayında Ramana ərazisində məcburi köckünlər üçün salınmış qəsəbənin Malıbəyli kəndinin 1315 sakininin istifadəsinə verildiyini bildirmişdir. O, malibəylilərlə birlikdə yeni şəhərcikdə ermənilər tərəfindən işğal olunmuş Ağdam, Laçın, Füzuli, Xocavənd rayonlarından, eləcə də Xocalı şəhərindən olan məcburi köçkünlərin də məskunlaşdığını diqqətə çatdırmışdır. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qaçqın və məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət mərkəzində saxladıqlarını qeyd etmişdir. Vurğulanmışdır ki, avropalı diplomatların məcburi köçkünlərlə görüşü, onların problemləri ilə maraqlanmaları təqdirəlayiqdir. Sevindirici haldır ki, məcburi köçkünlər də daxil olmaqla hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Sonda Malıbəyli kənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb