XƏBƏRLƏR
Çap et
1629
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında yeni layihələr və perspektivlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mətbuat xidmətinin məlumatı
20 İyun, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri Əli Həsənov iyunun 19-da Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alam və bu vəzifəyə təyin olunmuş Henri Kerali ilə görüşmüşdür. Görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı 20 illik əməkdaşlığa nəzər yetirilmiş, yeni layihələr və perspektivlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Baş nazirin müavini Əli Həsənov Azərbaycanın Dünya Bankı ilə 1992-ci ildən bəri əməkdaşlıq etməsini yüksək qiymətləndirmiş, ötən dövrdə kifayət qədər təcrübələrin toplandığını diqqətə çatdırmışdır. Dünya Bankının fəaliyyətinin şəffaflığını vurğulayan Əli Həsənov qeyd etmişdir ki, elə bu göstərici əməkdşlığımızın uzunömrlü olmağına rəvac vermişdir. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Məcburi Köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi”nin ilk tranşının 10 milyon dollar olduğunu, icra müddətinin isə 5 il çəkdiyini deyən Baş nazirin müavini, sonrakı illərdə məbləğin artdığını, icra müddətinin isə azaldığını qeyd etmiş, bunu zənginləşən təcrübə ilə əlaqələndirmişdir. “Hər yeni sazişlə tərəflər bir-birini daha yaxşı tanıdı. Baxmayaraq ki, dövlətimizin maliyyə imkanları artmaqdadır, lakin etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığımız davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir”,- deyən Əli Həsənov ölkəmizin inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların oldugunu diqqətə çatdırmışdır. Baş nazirin müavini Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə qurumun Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkünü bildirmişdir.
Əsəd Alam Azərbaycanda çalışdığı 3 il ərzində çox şey öyrəndiyini diqqətə çatdırmışdır. O, Azərbaycan Hökuməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dünya Bankının proqramlarının reallaşmasına göstəriyi köməyi yüksək dəyərləndirmişdir. Ə.Alam vurğulamışdır ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər bütün dünyaya örnəkdir. Təsadüfü deyildir ki, Azərbaycan BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Yeni təyin olunmuş regional direktor Henri Kerali də möhkəm dayaqları olan bu əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vəd etmişdir. Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunmuş, həyata keçirilməsi məqbul sayılan layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









