"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1599
Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı hər zaman beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir
Mətbuat xidmətinin məlumatı 07 İyun, 2012
İyunun 7-də Qafqaz Universitetində 2011-2012-ci tədris ilində keçirilən seminarlar çərçivəsində “Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda tədbir keçirilmişdir. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış edərək bildirmişdir ki, universitet ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 20 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində ali təhsil müəssisəsi böyük uğurlara imza atmış, əzmlə fəaliyyət göstərmişdir. Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışarkən bildirmişdir ki, M.Qorbaçov Sovet İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər “Böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırmışdır. 1988-1992-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Komitə sədri demişdir ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul edərək, Ermənistan silahlı qüvvələrindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz boşaltmağı tələb etmişdir. Lakin rəsmi Yerevan bu qətnamələrin heç birinə əməl etmir. Ə.Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, indiyədək Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 71 müasir qəsəbə salınmışdır. Yüz iyirmi min qaçqın və məcburi köçkün bu qəsəbələrə köçürülmüşdür. Beynəlxalq miqyasda Azərbaycanın qazandığı uğurlardan danışan Ə.Həsənov demişdir ki, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun bariz nümunəsidir. Bundan əlavə, BMT-nin İqtisadi və Sosial Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan qurumun Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir ki, bu da ölkəmizin dünyada qazandığı çoxsaylı uğurlardan biridir. Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş dövlətimizin başçısının bu istiqamətdə gördüyü işləri digər ölkələr üçün nümunə adlandırmışdır. Sonra Ə.Həsənov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, məhz bu diqqət və qayğının nəticəsində şirkət də bir çox uğurlar əldə etmişdir. Ə.Özərən diqqətə çatdırmışdır ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti uğurlu fəaliyyəti ilə hər zaman ulu öndərin və Prezident İlham Əliyevin etimadına sadiq qalacaqdır. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin “Çağ” Öyrətim İşlətmələri Şirkəti haqqında söylədikləri fikirləri əks etdirən videoçarx və “Vətən həsrəti… sönməyən ümidlər” sənədli filmi nümayiş etdirilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb