XƏBƏRLƏR
Çap et
1651
İmişli rayonu ərazisində məcburi köçkünlər üçün yeni müasir tipli qəsəbə inşa edilir.
Mətbuat xidmətinin məlumatı
05 İyun, 2012
Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlər müasir tipli, bütün infrastruktura malik qəsəbələrə köçürülmüşlər. Hazırda isə fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Belə qəsəbələrdən biri də İmişli rayonunda inşa olunur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 5-də İmişli rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni qəsəbəyə gəlmiş, tikinti işlərinin gedişi ilə tanış olmuş, tikinti şirkətlərinin rəhbərləri ilə müşavirə keçirmişdir.
Baş nazirinin müavininə məlumat verilmişdir ki, 100 hektar sahəni əhatə edəcək qəsəbədə ümumilikdə 550 evin tikintisi nəzərdə tutulmuşdur. İlkin mərhələdə 325 ev tikiləcəkdir. Bu evlərdən 30-u birotaqlı, 163-ü ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlı olacaqdır.
Bundan başqa, qəsəbədə 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqəsi olacaqdır. Qəsəbənin yollarına asfalt döşənəcək, ətrafda abadlıq, yaşıllaşdırma işləri görüləcəkdir. Qəsəbənin tikintisinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.
Baş nazirin müavini müşavirdə iştirak edən podratçılara, iş adamlarına tapşırıq və tövsiyələrini vermişdir.
Dövlətqaçqınkomun sədri məcburi köçkünlərlə də görüşmüş, onların qayğıları ilə maraqlanmış, mövcud problemlərin həlli ilə bağlı əlaqədar qurumların başçılarına tapşırıqlar vermişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









