XƏBƏRLƏR
Çap et
1433
Fransanın bir qrup senatoru Biləsuvar rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür
Mətbuat xidmətinin məlumatı
29 May, 2012

Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn Fransanın bir qrupu senatoru-xanım Natali Qule, Serdon şəhərinin meri xanım Silvi Qo-Şavan, Bernay şəhərinin meri Erve More və onun həyat yoldaşı xanım Lorans More, Alzas regionunun Ali Şurasının birinci vitse-prezidenti Andre Reşart, Fransanın Milli Assambleyasının deputatı, Chalons-en Champagne şəhərinin meri Bruno Burq-Brok, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Fransanın Aşagı Normandiya regionunun Le Mon San Mişel şəhərinin meri Erik Vaniye və həyat yoldaşı xanım Laura Reyes mayın 27-də Biləsuvar rayonunun ərazisində məskunlaşmış cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşmüşlər.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək bildirmişdir ki, ermənilər tərəfindən işqal olunmuş Azərbaycan rayonlarından biri də Cəbrayıldır.
Ərazisi 1050 kvadratmetr, işğal zamanı əhalisinin sayı 52 min 604 nəfər, hazırda isə 65 min 542 nəfər olan Cəbrayıl rayonunun məcburu köçkünləri Azərbaycanın 58 şəhər və rayonunun 2 minə yaxın yaşayış məntəqəsində, o cümlədən 20 min nəfəri (4 min 456 ailə) 2003-2007-ci illərdə Biləsuvar rayonunun ərazisində salınmış 11 qəsəbədə məskunlaşmışdır.
Yeni salınmış qəsəbələrdə məskunlaşmış cəbrayıllılar üçün hər cür şəraitin, ərazidə bütün sosial infrastrukturun yaradıldığını vurğulayan Mahmud Quliyev, burada yaşayan əhalinin məşğulluğu və həyat tərzi barədə qonaqlara ətraflı məlumat vermişdir.
M.Quliyev qeyd etmişdir ki, ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşmış cəbrayıllılar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunsalar da, onlar döğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Məlumat verilmişdir ki, Qarabağ müharibəsində şəhid olmuş 20 min azərbaycanlının 368 nəfəri Cəbrayıl rayonundandır. Cəbrayıllılar zəbt edilmiş torpaqlarımızın azad olunması üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazırdırlar.
Fransalı senatorların müxtəlif sullarına cavab verən M. Quliyev bu yaxınlarda bir qrup fransalı deputatın Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsini pisləmişdir.
Fransalı senatorlar 4 nömrəli qəsəbə klubunun qarşısındə məcburu köçkünlərlə görüşərək onların qayğı və promlemləri ilə maraqlanmış, xatirə şəkli çəkdirmişlər.
Şəhid anası Səkinə Quliyeva məcbiri köçkünlər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək qeyd etmişdir ki, biz hamımız doğma torpaq həsrəti ilə yaşayırıq, torpaq üğrunda ölməyə də hazırıq. Dünyanın bütün analarından xahiş edirəm ki, bizə dəstək olsunlar.
Qonaqlar klubda rayonun tarixi ilə bağlı təşkil edilmiş güşədə “Cəbrayıl rayonu işğaldan əvvəl”, “Çadır şəhərciyindəki həyat tərzi”, “Ulu öndər Heydər Əliyevin 1998-ci ildə məcburu köçkünlərlə görüşü”, “Yeni qəsəbənin tikintisi”, “Çadır şəhərciklərinin sökülməsi”, “Prezident İlham Əliyevin yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşü” başlıqlı fotoşəkillərlə, tarixi sənədlərlə tanış omuş, “Xatirə kitabı”nda rayonla bağlı təəssüratlarını yazmışlar.
Klubda yerli sakinlərin iştirakı ilə keçirilən mətbuat konfransında fransalı senatorlar jurnalistərin suallarını cavablandırmışlar.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb