XƏBƏRLƏR
Çap et
2039
Şəkidə və Mingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə tikinti işləri sürətlə davam edir
Mətbuat xidmətinin məlumatı
24 May, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKDK) sədri Əli Həsənov mayın 23-də Şəkinin Kiş bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş əlavələrin icrası ilə əlaqədar Şəki rayonu ərazisindəki istismar müddəti başa çatmış Fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Kiş bələdiyyəsinin ərazisində yeni qəsəbə salınır. Burada 423 ev inşa olunur. Onlardan 17-si bir, 211-i iki, 175-i üç, 20-si isə dördotaqlı olacaqdır. Qəsəbədə məktəb binası, uşaq bağçası, inzibati bina, poçt, klub-icma mərkəzi, ambulator tibb məntəqəsi və s. infrastruktur yaradılacaqdır.
Yeni qəsəbəyə Fin qəsəbələrində məskunlaşmış 372 və məktəblərdə yerləşmiş 51 ailə köçürüləcəkdir. Hər bir ailəyə əlavə 12 sot torpaq sahəsi veriləcəkdir. Burada tikinti işləri ilə 15 şirkət məşğul olur. Qəsəbənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra inşaatçılarla müşavirə keçirən Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsaitin həcmi 2,5 dəfə artırılmışdır. Bu isə doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız üçün daha müasir və yüksək keyfiyyətli qəsəbələrin salınmasına imkan verir. Bu günə qədər ölkə ərazisində 71 qəsəbə salınmışdır. Hazırda isə doqquz rayonda məcburi köçkün soydaşlarımız üçün yeni qəsəbələrin və yaşayış məhəllələrinin tikintisini davam etdiririk. Bakının ətraf rayonlarında da məcburi köçkünlər üçün yeni müasir qəsəbələr salınır. Yaxın üç il ərzində 50 minə yaxın məcburi köçkün bu cür evlərlə təmin olunacaqdır. Bakı ətrafında, xüsusilə də Qobu qəsəbəsində yeni salınacaq yaşayış massivləri üçün torpaq sahəsi ayrılıb, hazırda sənədləşmə işləri gedir. Bunun nəticəsində isə Bakıda yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə və digər ictimai obyektlərdə məskunlaşmış məcburi köçkünlər hər bir şəraiti olan evlərlə təmin olunacaqdır. Baş nazirin müavini icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi barədə konkret tapşırıqlar vermişdir.
Sonra Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Mingəçevir şəhərinə gəlmiş, burada da məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan işlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, istismar müddəti başa çatmış Fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Mingəçevirdə 9 mərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi salınır.
Baş nazirin müavini tikinti sahəsini gəzmiş, işlərin gedişi ilə maraqlanmışdır. Daha sonra tikinti şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdə bildirilmişdir ki, burada 10 bina tikilir. Bu binalarda 502 ailə mənzillə təmin ediləcəkdir. Mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si isə dördotaqlı olacaqdır. Yaşayış məhəlləsində 480 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, idman mərkəzi tikiləcəkdir.
Əli Həsənov inşaatçıların problemləri ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Baş nazirin müavini daha sonra Mingəçevirdə məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların problemləri ilə maraqlanmış, bu problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









