XƏBƏRLƏR
Çap et
1550
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
18 May, 2012

Mayın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar hazırlanmış “Laçınsız...” filminin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
İştirakçılar əvvəlcə teatrın foyesində Laçın rayonundan bəhs edən fotostend və sərgi ilə tanış olmuşlar.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov demişdir ki, bu gün özünəməxsus gözəlliyə, füsunkar təbiətə, çox mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 20 il ötür. Doğma yurd həsrəti ilə yaşayan hər bir laçınlı üçün may ayının bu günləri ən ağır günlərdən birinə çevrilmişdir.
Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı barədə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara hələ də təcavüzkar dövlət tərəfindən məhəl qoyulmur. Tədbir iştirakçıları BMT və digər Beynəlxalq təşkilatların son zamanlar İraq, Liviya ilə bağlı qəbul etdikləri qətnamələrin dərhal icra edilməsi mexanizmini təcavüzkar Ermənistanla bağlı 19 il əvvəl qəbul edilmiş qətnamələrə də şamil olunmasını tələb etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlər kimi laçınlılara da göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən tədbir iştirakçıları vurğulamışlar ki, dövlətimizin başçısının rəhbərliyi altında tezliklə torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər kimi, laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov çıxış edərək demişdir ki, artıq belə tədbirlərin formatında dəyişikliklər etməyin, mübarizə ruhlu mərasimlərə üstünlük verilməsinin vaxtı çatmışdır.
Əli Həsənov bildirmişdir ki, Ermənistan silahlı qüvvələri Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal etmişlər. P.Qraçovun anasının erməni olduğu da heç kim üçün sirr deyildir. Mayın 8-də Şuşanın işğalı vaxtı o, Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, mayın 17-də isə Pavel Qraçov Rusiyanın müdafiə naziri təyin edilmişdir. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Əli Həsənov bu ölkənin yeni seçilmiş Prezidenti Vladimir Putinin münaqişənin ədalətli həllinə yardımçı olacağına əminliyini bildirmişdir.
Baş nazirin müavini bildirmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapacaq və bütün işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olunacaqdır.
Tədbirdə Laçın rayonundan olan məcburi köçkün, şəhid övladı, bir yaşında olarkən ailəsi ilə birlikdə düşmən tərəfindən əsir götürülmüş, əsirlikdə anasını itirmiş və erməni hərbçilərinin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tam məhrum olmuş Nurlana Nursuz başına gətirilmiş müsibətlərdən söz açmışdır.
Mərasimdə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar laçınlı məcburi köçkünlərin Prezident İlham Əliyevə ünvanladıqları müraciət oxunmuşdur. Müraciət Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkünlərin mayın 15-də keçirilmiş ümumrespublika toplantısında qəbul edilmişdir.
Sonra Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümü ilə əlaqədar laçınlı məcburi köçkünlərin BMT, Avropa Şurası, ATƏT və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciətləri oxunmuşdur.
Tədbir iştirakçılar “Laçınsız...” filminə böyük ürək ağrısı ilə tamaşa etmişlər. Ermənilərin xalqımızın, eləcə də laçınlıların başına gətirdikləri faciələr filimdə təksibolunmaz faktlarla öz əksini tapmışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb