"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1620
FAO-nun, Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyələşdirdikləri «Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kənd yerlərinin inkişafı üzrə qabiliyyətlərin artırılması» layihəsi başa çatmışdır
Mətbuat xidmətinin məlumatı 18 May, 2012
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov başda olmaqla, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), eləcə də Braziliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin əməkdaşları Ağdam rayonunda olmuşlar. Səfərin məqsədi FAO-nun Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyələşdirdikləri "Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kənd yerlərinin inkişafı üzrə qabiliyyətlərin artırılması" layihəsinin başa çatması ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış sərgisində və layihənin rəsmi bağlanış mərasimində iştirak etmək idi. Tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Dövlət Dram Teatrının qarşısında kənd təsərrüfatı məhsullarının satış sərgisi ilə tanış olmuşlar. Kənd təsərrüfatı sərgi yarmarkasında Nazirlər Kabinetinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının, Braziliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin, beynəlxalq və yerli təşkilatların, Ağdam Rayon İcra Hakimiyyətinin və FAO-nun nümayəndələri, fermerlər iştirak etmişlər. Sərgi yarmarka ilə tanış olan Baş nazirin müavini Əli Həsənov və kənd təsərrüfatı naziri İsmət Abasov nümayiş olunan məhsul və xidmətlərdən razı qaldıqlarını bildirmişlər. Sonra Ağdam Rayon İcra Hakimiyyətinin binasında layihənin rəsmi bağlanış mərasimi keçirilmişdir. Kənd təsərrüfatı naziri İsmət Abasov FAO-nun dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihənin əhəmiyyətini qeyd etmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına daim diqqət yetirdiyini xüsusi vurğulamışdır. "Azərbaycan qloballaşan dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhfəsini verməyə qadirdir. Lakin beynəlxalq təşkilatların da bildiyi kimi, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bizim bu istəyimizi reallaşdırmağa imkan vermir", - deyən Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, beynəlxalq ictimaiyyətin təzyiqi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan sonra Azərbaycan bu sahədə də öz sözünü deyəcəkdir. Baş nazirin müavini Əli Həsənov layihənin nəticələrindən, məcburi köçkünlərin həyatındakı faydasından razılığını bildirmiş, onun davam etdirilməsinin vacibliyini söyləmişdir. Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərini ölkənin bir nömrəli problemi hesab etdiyini xatırladan Əli Həsənov Prezident İlham Əliyevin bu sahədə böyük xidmətlərini yada salmış, FAO təşkilatının Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirmiş, beynəlxalq təşkilatlara yardımlarına görə minnətdarlıq etmişdir. Sonda FAO layihəsinin iştirakçıları olan fermerlərə sertifikatlar verilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb