"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2360
Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Qaradağ rayonunun Müşviqabad qəsəbəsində inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Mətbuat xidmətinin məlumatı 12 May, 2012
Mayın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köşkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olmuşdur. 22 hektar ərazidə 1440 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 20 beşmərtəbəli yaşayış binası tikilir. Məhəllədə 1296 şagird yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulmuşdur. Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşmüş, ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vəsait 2,5 dəfə artırılmışdır. Hazırda Azərbaycanın ona yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır. Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısı hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda bir neçə dəfə səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş dövlətimizin başçısının bu istiqamətdə gördüyü işləri digər ölkələr üçün nümunə adlandırmışdır. Azərbaycanın əldə etdiyi uğurlardan danışan Əli Həsənov vurğulamışdır ki, BMT-nin İqtisadi və Sosial Şurasının qəbul etdiyi qərara əsasən aprelin 26-da Azərbaycan qurumun Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bu, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzun daha bir göstəricisidir. Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyevin son doqquz ildə apardığı işlərin nəticəsi olaraq ölkəmiz dünyaya uğurla inteqrasiya edir. Azərbaycan artıq dünyada öz layiqli yerini tutmuşdur. Baş nazirin müavini məhəllədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıqlarını vermişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb