"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1959
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 03 May, 2012
Mayın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Komitədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Dövlətqaçqınkomun “Azərbaycan” qəzeti redaksiyası ilə birlikdə təşkil etdiyi “Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir” mövzusunda geniş tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin məsul işçilərinin, məcburi köçkün rayonlarından seçilmiş Milli Məclis üzvlərinin, məcburi köçkün rayonlarının icra hakimiyyəti başçılarının, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin, Dövlətqaçqınkomun məsul əməkdaşlarının qatıldığı tədbirin iştirakçıları əvvəlcə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun müşaiyəti ilə Komitənin foyesində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Dövlətqaçqınkom tərəfindən hazırlanmış və ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələlli şəkildə həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Sonra ulu öndər Heydər Əliyevin Komitənin “Heydər Əliyev guşəsi”ndəki büstünün önünə güllər qoyulmuşdur. Daha sonra ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən film nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən, ömrünün mənasını canından artıq sevdiyi xalqına xidmətdə görən böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı, dünya siyasətçilərinin lideri, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin irsi və əməlləri Azərbaycan xalqının qəlbində müstəqilliyimizin əbədiyyət simvolu kimi daim yaşayacaq. Heydər Əliyev həqiqi mənada ideal şəxsiyyət idi. O, bütün varlığını, həyatını və hamı üçün örnək olan siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görürdü. İkinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ulu öndərin əsas fəaliyyətinin ölkəmizin bir saylı problemi ilə bağlı olduğunu diqqətə çatdıran Əli Həsənov bildirmişdir ki, o, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə və əbədi olmasına çalışmaqla yanaşı, özünün və dövlətimizin bir nömrəli problemi elan etdiyi qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması, onların ata-baba ocaqlarına dinc yolla qaytarılması, buna görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmişdir. Əli Həsənov bu münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş insanlara Ulu öndərin münasibətindən danışaraq demişdir ki, Ermənistanın təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış, dözülməz məhrumiyyətlərə düçar olmuş bir milyondan çox soydaşımızın qayğısı həmişə onun diqqət mərkəzində olmuşdur. Bunların nəticəsidir ki, Ümummilli liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə problemin sülh yolu ilə həlli istiqamətində ciddi səylər göstərilmiş, qaçqınların və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması məqsədi ilə fərman və sərəncamlar imzalanmış, sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmışdır. Əli Həsənov çıxışında onu da bildirmişdir ki, Heydər Əliyev tərəfindən hazırlanmış milli dövlətçilik konsepsiyası bu gün böyük şəxsiyyətin mənəvi-siyasi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dinamizmlə həyata keçirilir, ölkəmizin ardıcıl inkişafına təminat yaradan amillər ildən ilə möhkəmləndirilir. Qazanılan uğurlar qaçqın və məcburi köçkün düşmüş insanların həyatında da özünü açıq biruzə verir. Sonra qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, bu il ölkəmizdə 4178 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. Hazırda doqquz rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün tikinti işləri aparılır. Komitə sədri vurğulamışdır ki, 2000-ci illərin əvvəlində məcburi köçkünlərin 75 fazi yoxsulluq şəraitində yaşayırdısa, ötən il bu rəqəm 18 faizə enmişdir. Keçən il bir məcburi köçkünə xərclənən vəsaitin təxminən 900 ABŞ dolları olduğunu diqqətə çatdıran Əli Həsənov bu göstəricinin dünyanın heç bir münaqişəli nöqtəsində qeydə alınmadığını bildirmişdir. Əli Həsənov onu da vurğulamışdır ki, Ulu Öndər dünya siyasətinin liderlərindən biri olmaqla həm də “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyən birinci böyük azərbaycanlıdır. Sonra Azərbaycanın Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 ilinin tamam olduğunu bildirən Komitə sədri demişdir ki, Şuşasız Azərbaycan ola bilməz və aparılan məqsədyönlü siyasət nəticəsində bütün torpaqlarımız, o cümlədən Şuşa işğaldan azad ediləcək, orada abadlıq işləri aparılacaqdır. Tədbirdə həmçinin akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərbaycan” qəzetinin redaksiyası tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunmuş “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” ikicildlik kitabı təqdim edilmişdir. Tədbirdə Milli Məclisin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Qubadlı RİH-nin başçısı Malik İsaqov, BMTQAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson və Laçın rayonundan olan məcburi köçkün Əmirxan Zeynalov çıxış etmişdir. Çıxışlardan da belə qənaətə gəlinmişdir ki, Ulu Öndərin həyata keçirdiyi tədbirlərin 10 ildən sonraya, perspektivə hesablanmış işlər olduğu bu gün reallığa çevrilmişdir. Yığıncaqda ölkə rəhbərinin məqsədyönlü siyasəti sayəsində qaçqınların və məcburi köçkünlərin doğma ocaqlarına qayıdacaqlarına böyük inam ifadə olunmuşdur.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb