"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1298
Ötən rübün nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı 28 Aprel, 2012
Baş Nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ötən rübün yekunlarına həsr olunmuş kollegiya iclasında diqqət əsasən Azərbaaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncağında dərin məzmunlu çıxışından irəli gələn müddəalara yönəldilərək qeyd edilmişdir ki, ölkənin bütün sahələrində qazanılan nailiyyətlər bir daha vurğulanmış, həlli vacib məsələlərdən ətraflı söhbət açılmış, zəruri işlərin həyata keçerilməsi yolları göstərilmişdir. Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsinə keçməzdən əvvəl bildirilmişdir ki, müşavirədə ötən rübdə qazanılan uğurları müsbət dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın müstəqil siyasətinin, beynəlxalq məsələlərlə bağlı mövqeyinin, ölkədə aparılan siyasətin də dünya birliyi tərəfindən dəstəkləndiyini vurğulamışdır. Bütün bunlarla yanaşı, cənab Prezidentin yekun nitqində ölkəmizdəki qaçqın və məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində görülən və həyata keçirilməsi nəzərdə tutulan geniş miqyaslı tədbirlərlə bağlı söylədiyi fikirlər önə çəkilərək bir daha təhlil olunmuşdur. Hesabat dövrü ərzində Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2011-ci il tarixli sərəncamı ilə, həmçinin 31 oktyabr 2007-ci il tarixli sərəncamla təsdiq edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun olaraq Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış 525 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində tikilmiş 9 ədəd beşmərtəbəli yaşayış binaları kompleksi, musiqi məktəbi, inzibati bina, Xocalı Soyqırım abidə kompleksi, Ağcabədi rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşmış 556 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Ağcabədi şəhərinə yaxın ərazilərdə ayrılmış torpaq sahəsində sosial-texniki infrastrukturları da daxil olmaqla 10 ədəd beşmərtəbəli yaşayış binalarından ibarət məhəllə istifadəyə verilmiş və Goranboydakı mənzillərə köçürülmə vaxtında başa çatdırılmış, Ağcabədidə isə artıq köçürməyə başlanılmış və bu iş yaxın günlərdə başa çatdırılacaqdır. Həmçinin hesabat dövrü ərzində 2012-ci ildə tikintisi nəzərdə tutulan obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və müxtəlif ərazilərdə tikintiyə başlanılması üzrə də müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Dövlət Proqramına 31 oktyabr 2007-ci il tarixli sərəncamla edilmiş Əlavələrin müvafiq bəndlərinin icrası ilə əlaqədar Mingəçevir şəhərində 502, Şəki şəhərində 423, Bərdə rayonunda 195, İsmayıllıda 45, İmişli rayonunda 550 ailə, Qaradağ rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə daha çox ehtiyacı olan 1410, Beyləqan rayonunda 320 məcburi köçkün ailəsi, Dövlət Proqramına 21 fevral 2011-ci il tarixli sərəncamla təsdiq edilmiş Əlavələrin isə müvafiq bəndlərinə uyğun olaraq Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin 7 yataqxanasında məskunlaşmış 758, Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 155 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin salınması və hündürmərtəbəli yaşayış binaları kompleksinin tikilməsi üçün ayrılmış torpaq sahələrinin layihə-smeta sənədlərinin hazırlanması, tikintiyə başlamaq üçün tikinti təşkilatı ilə müqavilələrin bağlanması, mühəndis hazırlıq işlərinin aparılması və digər məsələrlə də bağlı Dövlətqaçqınkomun müvafiq şöbəsi tərəfindən geniş işlər həyata keçirilmiş, bəzi ərazilərdə isə artıq tikintiyə başlanılmışdır. Kollegiyada məcburi köçkünlərin məşğulluğunun artırılması və yeni salınmış qəsəbələrdə istehsalat müəssisələrinin yaradılması sahəsində görülən işlər barədə məsələnin müzakirəsi zamanı qeyd edilimişdir ki, Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Əlavələrin II bəndində məcburi köçkünlər arasında məşğulluğun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi öz əksini tapmış və aidiyyəti dövlət orqanlarına məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları ərazilərdə onlara güzəştli kreditlərin verilməsi, kiçik emal sexlərinin, aqro-servis mərkəzlərinin, xalçaçılıq, toxuculuq və s. sexlərinin yaradılması üçün müvafiq tapşırıqlar verilmişdir. Kollegiya iclasına yekun vuran Baş Nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov müzakirə olunan məsələlər və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verməklə əsas diqqəti bir daha Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağındakı dərin məzmunlu nitqinə, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin həli ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı söylədiyi fikirlərə yönəldərək cənab Prezidentin tövsiyyələrini Dövlətqaçqınkomun kollektivinin fəaliyyət proqramı kimi dəyərləndirmiş və qarşıya qoyulmuş tələblərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsini kollektivin hər bir üzvünün əsas vəzifəsi olduğunu vurğulamışdır.
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
24 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər