"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1497
İspaniyadan olan jurnalist Pablo Gonzales Yaguen Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 17 Aprel, 2012
Pablo Gonzales 17 aprel tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşdür. Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistsnın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verən Gəray Fərhadov onu da diqqətə çatdırmışdır ki, torpaqlarımız işğaldan azad edilənədək bu təbəqədən olan soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Belə ki, müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə onlar üçün yeni qəsəbələr salındığını və hündürmərtəbəli yaşayış binaları komplekslərinin istifadəyə verildiyini, bu işlərin indi də uğurla davam etdirildiyini vurğulayan Gəray Fərhadov onu da bildirmişdir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi qaçqın və məcburi köçkünlərin problemləri daim proritet məsələ olaraq gündəmdə saxlanılır. Lakin onlar dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunsalar da əsas arzuları, əsas problemləri doğma torpaqlarına qayıtmaqdan ibarətdir. Görüşdə belə bir əminlik ifadə olunmuşdur ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olacaq və qaçqın-köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Sonra qonaq Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində bu soydaşlarımızın mərhələli şəkildə problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Qonaq həmçinin Beyləqan rayonuna səfər etmiş və orada məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlərlə də görüşmüşdür.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb