"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1927
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonunda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşdur
Mətbuat xidmətinin məlumatı 26 Dekabr, 2011
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşlar Dövlətimizin başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxdı. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, dövlətimizin başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülmüşdür. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınmışdır. Bu qəsəbələrdə 20 min mənzil tikilmiş, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilmişdir. Diqqətə çatdırıldı ki, son yeddi ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Prezidenti 27 Fərman və Sərəncam imzalamış, bir Dövlət Proqramı və ona əlavələri təsdiqləmişdir. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilmiş, Milli Məclisdə qanun qəbul olunmuşdur. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Yeni yaşayış massivinin əsas texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verilərkən bildirildi ki, bu məhəllənin salınmasına dövlətimizin başçısının 2004-cü ildə təsdiq etdiyi Dövlət Proqramına əlavələr edilməsi haqqında 2007-ci ildə imzaladığı Sərəncama əsasən bu ilin iyununda başlanılmışdır. İnşaat işlərinə ölkənin 14 tikinti şirkəti cəlb olunmuşdur. Yeni məhəllə gələn ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Məlumat verildi ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxdılar. Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılmışdır. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilmişdir. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur. Məhəllə ilə tanış olan dövlətimizin başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib