XƏBƏRLƏR
Çap et
3254
Baş nazirin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak edir
Mətbuat xidmətinin məlumatı
07 Dekabr, 2011
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə dekabrın 7-də başlamış BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrə şəhərində səfərdədir.
Səfər çərçivəsində dekabrın 6-da Baş nazirin müavini cənab Əli Həsənov BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin (HMƏO) Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov və Gürcüstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə görüşmüşdür.
QAK tərəfindən təşkil edilmiş hökumətlərarası tədbirdə iştirak etmək məqsədi ilə Cenevrə şəhərinə nazir səviyyəsində səfər etmiş 67 dövlətin nümayəndə heyəti arasında BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilk olaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Əli Həsənov ilə görüşmüşdür. Görüş zamanı Antonio Quterreş ölkəmizin sözügedən tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə etmiş, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səylərini alqışlamış və onu digər ölkələr üçün nümunə kimi səciyyələndirmişdir. Ali komissar nazirlər səviyyəsində keçirilən bu görüşün Azərbaycanın əldə etdiyi nailiyyətləri bölüşməsi üçün gözəl imkan olaraq qiymətləndirmişdir.
Baş nazirin müavini cənab Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini bildirmiş, Ermənistanın ölkəmizin işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyinə dair məlumat vermiş və bu faktın ATƏT-in Minsk qrupu həmsədrlərinin faktaraşdırıcı missiyası tərəfindən də təsdiqləndiyini həmsöhbətinin diqqətinə çatdırmışdır. Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların, eləcə də üçüncü ölkədən gələn və qaçqın statusu almaq niyyətində olan şəxslərin vəziyyəti və rifah halının yaxşılaşdırılmasının hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov, bu istiqamətdə görülmüş işlərə dair Antonio Quterreşi məlumatlandırmışdır.
Baş nazirin müavini cənab Əli Həsənov qeyd etmişdir ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilsə də, onların doğma ocaqlarına qayıtması məsələsi Azərbaycan dövlətinin ümdə prioriteti olaraq qalır. Sonra cənab Ə.Həsənov Ali Komissarlığa məcburi köçkün məsələlərinə verdiyi xüsusi önəmə görə təşəkkürünü bildirmişdir.
BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov ilə keçirilmiş görüşdə nümayəndə heyətinin başçısı cənab Əli Həsənov ölkəmizin Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyi ilk illərdə BMT və onun ixtisaslaşmış qurumları tərəfindən Azərbaycana humanitar yardımların göstərilməyəcəyi təqdirdə, humanitar fəlakətin qaçılmaz olduğunu diqqətə çatdıraraq, o zaman beynəlxalq humanitar təşkilatlar tərəfindən göstərilmiş yardımları minnətdarlıq hissi ilə xatırlamış və hazırda uğurlu iqtisadi inkişafın nəticəsində respublikamızın özünün fövqəladə donor ölkəsinə çevrilməkdə olduğunu məmnunluq hissi ilə vurğulamışdır. Rəşid Xalikov öz növbəsində fövqəladə vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu, bu biliklərin digər dövlətlər ilə bölüşməyin zəruriliyinə toxunmuşdur. 1996-cı ildə Azərbaycana səfəri çərçivəsində çadır düşərgələrinə səfərini yada salan R.Xalikov, məcburi köçkünlərin vəziyyəti ilə bağlı onda yaranmış acı təəssüratların hələ də onun ürəyində yaşadığını bölüşmüşdür. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.
Gürcüstanın işğal edilmiş ərazilərdən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Əli Həsənov Gürcüstanın Azərbaycan üçün dost və müttəfiq ölkə olduğunu diqqətə çatdırmış və hər iki dövlətin bir-birini dəstəkləməsinin zəruriliyini bildirmişdir. Koba Subeliani gürcü xalqının ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirdiyini qeyd etmiş və Tbilisidə ulu öndərin büstünün açılışını bu hörmət və ehtiramın bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonra cənab Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin göstərişi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş Dövlət Proqramlarının həyata keçirilməsi haqqında ətraflı məlumat vermişdir.
Gürcüstanın nümayəndə heyətinin rəhbəri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti və sosial durumunun yaxşılaşdırılmasına dair Azərbaycan tərəfinin nailiyyətləri ilə əlaqədar heyrətləndiyini ifadə etmiş və bu təcrübədən yararlanmaq məqsədi ilə ölkəmizə səfər etmək arzusunu ifadə etmişdir.
Görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri - Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov və daimi nümayəndəliyin müşaviri Əkrəm Zeynallı iştirak etmişlər.
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri davam edir. BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbiri dekabrın 8-də başa çatacaqdır.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









