XƏBƏRLƏR
Çap et
1344
Türkiyəli qonaqlar Dövlətqaçqınkomda olmuşlar.
Mətbuat xidmətinin məlumatı
06 Dekabr, 2011

2011-ci il 6 dekabr tarixdə qardaş Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Baş idarə rəisinin müavini, səfir Ahmet Riza Demirerin başçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.
Əvvəlcə qonaqlar Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində ölkəmizdə qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Burada Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində zor gücünə doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ilk günlərdəki acınacaqlı durumlarını, o vaxtkı məskunlaşma obyektlərindəki dözülməz şəraiti, Ümummilli liderimizin, həmçinin Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşlərini, çadır düşərgələrinin ləğvini, yeni salınmış qəsəbələr və hündürmərtəbəli yaşayış binaları komplekslərinin ümumi görüntülərini və digər tədbirləri özündə əks etdirən foto-stend və ekspozisiyalar qonaqlarda böyük maraq doğurmuşdur.
Sonra bir millət-iki dövlət olaraq daim Azərbaycanın yanında olan qardaş Türkiyə Cümhuriyyətinin nümayəndələrinin vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə, ölkəmizin qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi o çətin günlərdə, elə bu günün özündə də, onların müəyyən problemlərinin həlli istiqamətində bu ölkənin və onu təmsil edən humanitar təşkilatların hərtərəfli köməyinə, münaqişənin həllində Türkiyə Cümhuriyyətinin sərgilədiyi prinsipial mövqeyə görə təşəkkürünü bildirən Gəray Fərhadov Azərbaycan dövlətinin və xalqımızın bunları heç vaxt unutmayacağını xüsusi vurğulayaraq daim Türkiyənin Azərbaycanın, Azərbaycanın isə Türkiyənin yanında olacağına bir daha əminliyini ifadə etmişdir.
Qonaqlara həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verən Gəray Fərhadov onu da diqqətə çatdırmışdır ki, torpaqlarımız işğaldan azad edilənədək bu təbəqədən olan soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində istər dövlət büdcəsinin, istərsə də Dövlət Neft Fondunun vəsaitləri hesabına xeyli iş görülmüşdür. Bu deyilənlərin bariz nümunəsi kimi fikirlərini əsaslandıran Gəray Fərhadov diqqətə çatdırmışdır ki, ötən 20 ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə 4,6 milyard ABŞ dolları həcmində vəsait sərf olunmuşdur ki, bunun da 2,7 milyardı büdcənin, 1 milyardı Dövlət Neft Fondunun, 900 milyonu isə beynəlxalq humanitar təşkilatların payına düşür. Ölkədə mövcud olan 12 çadır düşərgəsi 2007-ci ildə məhz Dövlət Neft Fondunun vəsaiti hesabına ləğv edilmiş, yeni salınmış müasir qəsəbələrə 21600 ailə – 107 min nəfərdən çox qaçqın və məcburi köçkün köçürülmüşdür.
Dövlət investisiya xərcləri hesabına məhsəti türklərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün də hərtərəfli tədbirlər həyata keçirildiyini və bu işlərin indi də uğurla davam etdirildiyini vurğulayan Gəray Fərhadov onu da bildirmişdir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, qaçqın və məcburi köçkünlərin problemləri daim prioritet məsələ olaraq gündəmdə saxlansa da, onlar dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunsalar da əsas arzuları doğma torpaqlarına qayıtmaqdan ibarətdir.
Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Ahmet Riza Demirer səfərlərinin məqsədinin Məhsəti (Axıska) türklərinin Gürcüstana qayıdışı prosesində Türkiyə və Azərbaycan respublikaları tərəfindən göstərilə biləcək köməkliyi müəyyənləşdirməkdən və lazımi koordinasiyanı təmin etməkdən ibarət olduğunu önə çəkərək Azərbaycanın repatriasiya proqramı çərçivəsində əldə etdiyi təcrübədən yararlanacaqlarına, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daim birlikdə olacağımıza əminliyini bildirmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə bu məsələdə Azərbaycan hökumətinin hərtərəfli yardım göstərməyə hazır olduğu bildirilərək belə bir əminlik də ifadə olunmuşdur ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olacaq və qaçqın-köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar.
Görüşdə həmçinin qonaqları maraqlandıran digər suallara da hərtərəfli cavab verilmişdir.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb