"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2195
Avropa parlamentinin deputatı: Bu, təkcə köçkünlərin problemi deyil, həm də bizim hamımızın, insanlığın problemidir
Mətbuat xidmətinin məlumatı 29 Noyabr, 2011
2011-ci il 28 noyabr tarixdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql Ağdam rayonu ərazisinə səfər etmişdir.Qonaq əvvəlcə rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşmüşdür. Rayon icra hakimiyyətində keçirilən görüşdə ilk tanışlıqdan sonra Ağdam məktəblilərinin birləşmiş xor kollektivinin ifasında «Bu kənd mənim kəndimdir» video çarx nümayiş etdirilmişdir. Sonra N.Sadıqov Ermənistanın Azərbaycana hərbi təcavüzü, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdur. Rayonun 180 min əhalisindən 50 mini Bakıda, 90 min nəfəri Ağdamın işğal olunmayan ərazisində, qalanları isə respublikamızın 62 rayonunda məskunlaşmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün müasir tipli 17 qəsəbə salınmışdır. Sonra Avropa Parlamentinin deputatı 2010-cu ilin noyabrında Quzanlı kəndi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gələrək burada yaradılmış şəraitlə tanış oldu. Quzanlı qəsəbəsindəki 18 saylı məktəbə gələn qonaq məktəbin girəcəyində Ağdam rayonunun işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoguşəyə baxdı. Ona bir daha erməni işğalı nəticəsində məcburi köçkünlərin üzləşdikləri çətinliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ərazisinin 73 faizi hələ də düşmən tapdağı altında olan Ağdam rayonu 6 min şəhid vermişdir. Sonra məktəblə, burada təhsil alan şagirdlərin təlim-tərbiyəsi üçün yaradılmış hərtərəfli şəraitlə tanış olan Avropa Parlamentinin deputatına məlumat verilmişdir ki, bu məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılmış, məktəb texniki və əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin iclas zalında pedaqoji kollektivin və qəsəbə ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə qonaq onlara səfərinin məqsədini açıqlamaqla yanaşı, həmçinin onu da bildirmişdir ki, mən problemlə yaxından tanışam. Avropa Parlamentində deputat kimi fəaliyyət göstərdiyim ilk günlərdən Azərbaycanın haqq işinin qalib gəlməsində maraqlı olmuşam. Bu məsələdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalıdır. Çünki Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. AP-də də sizi, bütün bunları başa düşən insanlar var. Bu gün məcburi köçkün şəraitində yaşayan bütün insanlar doğma torpaqlarına qayıtmalıdır və məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Görüşdən sonra qonaq I qrup əlil Fəxrəddin Rəhimovun mənzilinə baş çəkmiş, onların həyat şəraiti ilə tanış olmuşdur. F.Rəhimov söhbət zamanı dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmiş, ən böyük arzularının öz evlərinə qayıtmaq olduğunu bildirmişdir. Yekunda səfərlə, münaqişə ilə bağlı təəssüratlarını bölüşən İvo Vayql bildirdi ki, bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bilir: «Bu qəsəbədə məskunlaşan, həmçinin köçkün həyatı yaşayan başqa insanların hamısının öz doğma yurd-yuvalarına qayıtmaları labüddür. Bu, təkcə köçkünlərin problemi deyil, həm də bizim hamımızın, insanlığın problemidir. Ona görə də bu insanların doğma ocaqlarına qaytarılmasına nail olunmalıdır. Mən bu gün bir daha şahidi oldum ki, Azərbaycan dövləti bu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün necə böyük səylər göstərib. Əminəm ki, mənim də üzvü olduğum AP bu münaqişənin həllində daha aktiv rol oynayacaq və Aİ problemin həllində daha böyük rol oynaya bilər. Biz mütləq köçkün düşmüş insanların taleyini daim nəzərdən keçirməliyik. Çünki onlar zor gücünə doğma torpaqlarından qovulublar və o yerlərə qayıtmağı bu gün də ən böyük nisgil kimi ürəklərində gəzdirirlər. Bunlara isə son qoyulmalıdır». Avropalı deputat sonda bir daha qeyd etmişdir ki, biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Bugünkü səfərim zamanı bu problemin mahiyyəti ilə yerində daha yaxından tanış oldum. Çox təəssüf edirəm ki, Azərbaycan böyük geosiyasi oyunların qurbanına çevrilmişdir. Avropa İttifaqı öz gücünü ortaya qoyaraq bu məsələnin ədalətli həllini dəstəkləməlidir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib