XƏBƏRLƏR
Çap et
1992
Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin Azərbaycanda tətbiqinə dair müzakirələr aparılır
Mətbuat xidmətinin məlumatı
22 Sentyabr, 2011
Sentyabrın 21-də Bakıda BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) təşkilatçılığı ilə “Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin (ƏTMS) təqdimatı və tətbiqi” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır.
Seminarın açılışında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura, DƏP-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Fuad Hüseynov mövzunun əhəmiyyətindən və vacibliyindən danışmışlar.
Cənab Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanda məcburi köçkünlər də daxil olmaqla əhalinin aztəminatlı təbəqələrinin ərzaq təhlükəsizliyi və sosial təminat sistemlərinin vəziyyətinin qiymətləndirilməsi, DƏP-in ölkədəki gələcək rolu və fəaliyyəti ilə bağlı iki missiya cari ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş, məsləhətləşmələr aparmışlar. Missiyaların rəyinə görə, artıq dünyanın 30-dan çox ölkəsində təcrübədən keçmiş və öz yüksək səmərəliyini nümayiş etdirmiş ƏTMS-in Azərbaycanda da tərtib və tətbiq olunması, DƏP-in qlobal şəbəkəsinə qoşulması tövsiyə edilmişdir. Bu mexanizm vasitəsilə müxtəlif kontekstdə ərzaq təhlükəsizliyinin vəziyyətini müntəzəm surətdə təhlil edərək bu sahədə ehtimal oluna biləcək problemlərin əvvəlcədən, vaxtında qarşısını almaq mümkündür.
Baş nazirin müavini Dağlıq Qarabağ probleminə də toxunmuş, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatmış, Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir.
Seminarda Ərzaq Təhlükəsizliyi Monitorinq Sisteminin ətraflı təqdimatı, digər ölkələrdə bu sahədə qazanılmış təcrübənin öyrənilməsi və nəzərdən keçirilməsi, sistemin Azərbaycanda da mümkün tətbiqinə dair müxtəlif hökumət qurumlarını təmsil edən nümayəndələrlə fikir mübadiləsi aparılır.
Seminarda mövzu ilə bağlı təqdimatlar olmuş, müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.
Tədbirdə DƏP-in ekspertləri, aidiyyəti nazirliklər və dövlət komitələrinin nümayəndələri iştirak edirlər.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









