XƏBƏRLƏR
Çap et
2943
Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Fələstin dövlətinin Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Əbdürrəhmanı onun xahişi ilə qəbul etmişdir.
Mətbuat xidmətinin məlumatı
08 Sentyabr, 2011
Əsasən tanışlıq məqsədi daşıyan görüşdə qonağı salamlayan Baş nazirin müavini cənab Ə.Həsənov ilk növbədə ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bunların yaranma səbəbləri, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllində dövlətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər barədə hərtərəfli məlumat vermişdir. O, bu ilin yayında Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycana ilk səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə mətbuata bəyanatındakı fikirlərə istinad edərək bildirmişdir ki, bir-birinə böyük rəğbətlə yanaşan xalqlarımız arasında əlaqələrin böyük tarixi olduğu kimi oxşar problemlərimiz də vardır, Fələstinin də torpaqları işğal altındadır, Azərbaycanın da, orada da çoxsaylı qaçqınlar var, bizdə də. Xüsusən son vaxtlar hər iki dövlət arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını Azərbaycan və Fələstin diplomatiyasının uğuru kimi dəyərləndirməklə Azərbaycanın bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəklədiyini deyən Baş nazirin müavini hər iki ölkənin üzləşdikləri problemlərin sülh yolu ilə həll ediləcəyinə əminliyini bildirmişdir.
Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında məlumat verən Ə.Həsənov bildirmişdir ki, uzun illərdir Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən yerlə-yeksan edilibdir.
O, qeyd etmişdir ki, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Münaqişənin həlli üçün kifayət qədər hüquqi əsaslar olmasına baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, bəzi nüfuzlu dövlət və təşkilatların işğalçını öz adı ilə çağırmaması münaqişənin həllini uzadır.
Hər iki regionda baş verən hadisələrlə bağlı ətraflı fikir mübadiləsi aparılan görüşdə fələstinli diplomata Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində əldə olunmuş təcrübə ilə yaxından maraqlanmasını nəzərə alaraq bu sahədə görülən işlər barədə də hərtərəfli məlumat verilmiş, bu problemlə bağlı onu maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən səfir bu cür görüşlərin gələcəkdə də davam etdirilməsinin və problemin həllində Azərbaycanın qazandığı və beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən təcrübəsindən bəhrələnməyin vacib olduğunu da diqqətə çatdırmışdır.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









