XƏBƏRLƏR
Çap et
2069
Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Ağcabədi və Goranboy rayonlarında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Mətbuat xidmətinin məlumatı
26 Avqust, 2011
Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəinki ölkə ictimaiyyəti, eləcə də nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən genişmiqyaslı tədbirlər bu il də uğurla davam etdirilir.
Belə ki, ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə, eləcə də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərlə bağlı müvafiq sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə hazırda neçə illərdir müxtəlif ərazilərdəki istismar müddəti başa çatmış və yaşayış üçün heç bir şəraiti olmayan fin tipli qəsəbələrdə, məktəb və bağçalarda, sanatoriyalarda məskunlaşmış, ilk növbədə köçürülməyə daha çox ehtiyacı olan çoydaşlarımız üçün müxtəlif ərazilərdə tikintisinə başlanılmış yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları bir neçə aydan sonra bu soydaşlarımızın istifadəsinə veriləcəkdir.
Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında Dövlət Neft Fondunun vəsaiti ilə Ağcabədi rayonunda 552 ailə üçün qəsəbənin, 556 ailə üçün 10 ədəd beşmərtəbəli yaşayış binalarının və Goranboy rayonunda 524 ailə üçün 9 ədəd beşmərtəbəli yaşayış binaları kompleksinin tikintisi sürətlə davam etdirilir. Bütün sosial-texniki infrastrkturu ilə birlikdə istifadəyə veriləcək həmin qəsəbə və yaşayış massivində müvafiq olaraq 360 yerlik müasir tipli məktəb binaları, hər birində 50 yerlik uşaq bağçaları, klub-icma mərkəzləri, inzibati binalar, yanğınsöndürmə deposu, ambulatoriya, musiqi məktəbi də inşa olunur ki, bütün bunlar da bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Bütün ərazilərdəki tikinti işləri yüksək sürətlə davam etdirilir. Ağcabədi rayonunda inşa edilən qəsəbədə artıq mənzillərin tikintisi başa çatmış, evlərin dam örtükləri vurulmuşdur. Qəsəbələrin və hündürmərtəbəli yaşayış komplekslərinin su, elektrik enerjisi ilə təchizatı və digər kommunikasiya işləri də tikinti ilə paralel qaydada aparılır. Bir sözlə, digər ərazilərdəki kimi bu ərazilərdə də məcburi köçkünlərin müasir tələblərə cavab verən mənzillərlə təmin olunması, onlar üçün hərtərəfli şərait yaradılması qarşıda duran əsas vəzifələrdəndir.
İnşaat işlərinə əsasən məcburi köçkünlərin özləri cəlb olunduğundan bu onların sosial vəziyyətinin yaxşılaşdırılmasında, istərsə də məşğulluqlarının təmin edilməsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə də stimul verir.
Bu baxımdan işlərin qoyuluşu və gedişi ilə yerində tanış olmaq, qarşıya çıxan çətinlikləri, inşaatçıları narahat edən məsələləri yerində həll etmək məqsədilə avqustun 24-25-də adıçəkilən ərazilərdə olan Baş nazirin müavini - Dövlətqaçqınkomun sədri Əli Həsənov istər inşaatçılarla keçirdiyi söhbətlərdə, istərsə də işlərin gedişi ilə tanışlıq zamanı birmənalı şəkildə bildirmişdir ki, cənab Prezident tərəfindən məcburi köçkünlərin mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması baxımından qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hər birimizin ən ümdə borcumuzdur. Bunları nəzərə alaraq məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə yeni qəsəbələrin salınmasına və hündürmərtəbəli binaların inşasına cəlb olunmuş tikinti təşkilatları da qarşılarına qoyulmuş vəzifələrin vaxtında icrasını başa çatdırmalıdırlar.
Görüş zamanı inşaatçıları maraqlandıran və narahat edən məsələlərə də hərtərəfli aydınlıq gətirən Ə.Həsənov vəziyyətlə yerində hərtərəfli tanışlıqdan sonra qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetiriləcəyinə əminliyini ifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı qarşıya qoyduğu vəzifələr və məcburi köçkünlərimizə göstərdiyi gündəlik qayğı və diqqətə konkret işlərlə cavab verilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunmasının vacibliyini bir daha önə çəkmişdir.
Cənab Ə. Həsənov həmçinin son günlər regionlarda baş vermiş leysan yağışların vurduğu ziyanla yerində tanış olmuş, Goranboyda Veysli qəsəbəsinə dəymiş ziyanla, o cümlədən Ağdam və Bərdədə dəymiş ziyanla əlaqədar müvafiq tapşırıqlar vermişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









