XƏBƏRLƏR
Çap et
1737
Türkiyəli jurnalistlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
Mətbuat xidmətinin məlumatı
21 İyul, 2011
İyulun 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.
Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ermənilərin törətdikləri vəhşiliklərdən danışmış, Azərbaycan ilə Türkiyənin uğurlu münasibətlərinə toxunmuşdur. Diqqətə çatdırmışdır ki, erməni problemi bütün türk dünyasının problemidir. Azərbaycan ilə Türkiyənin diasporları ermənilərə qarşı birgə mübarizəni daha da gücləndirməlidir.
Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri qeyd edərək vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, hökumət bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarına təşəkkür edən Baş nazirin müavini vurğulamışdır ki, 1995-2010-cu illərdə bu qardaş ölkənin humanitar təşkilatları Azərbaycana 6 milyon dollar məbləğində yardım etmişlər. Ə.Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir.
Görüşdə iştirak edən Türkiyənin “Radikal”, “Hürriyyət”, “Todays Zaman”, “Zaman”, “Milliyyət” və “Haber Türk” kimi nüfuzlu qəzetlərinin nümayəndələri diqqətə çatdırmışlar ki, səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatların, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha dolğun çatdırılmasına, daha çox informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə dəstək göstərməkdir.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilmiş, suallar cavablandırılmış, qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim edilmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









