"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1711
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncami ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında 2007-ci il 31 oktyabr tarixdə ölkə Prezidenti Sərəncam imzalamışdır.
Mətbuat xidmətinin məlumatı 06 Noyabr, 2007
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov noyabrın 1-də keçirilən mətbuat konfransında bu barədə məlumat vermişdir. Ə.Həsənov sentyabrın 4-də Prezidentin yanında keçirilmiş müşavirəni tarixi müşavirə adlandıraraq, onun əvvəlki, əsasən, erməni təcavüzü nəticəsində doğma yurdlarını itirmiş insanların sosial problemlərinin həllinə həsr olunmuş müşavirələrdən fərqi barədə ətraflı danışmışdır. Komitənin sədri demişdir ki, əvvəlki proqramda əsas diqqət üç məsələyə yetirilirdi sosial şəraitin yaxşılaşdırılmasına, beynəlxalq təşkilatlarla iş aparılmasına və məşğulluğa. Yeniləşdirilmiş proqramda bunlar saxlanılmaqla, əsas diqqət geniş infrastruktur yaradılmasına - qaz, elektrik və su təchizatına, yolların, kanalizasiya sisteminin, məktəblərin, xəstəxanaların tikintisinə və bir sıra başqa məsələlərə yönəldilmişdir. Bu, Ağdam, Füzuli və Biləsuvar rayonlarına daha çox aiddir. Ə.Həsənov proqramın bütün bəndlərini ətraflı şərh etmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunda məcburi köçkünlərlə ilk görüşdə İlham Əliyevin tezliklə heç bir çadır şəhərciyi qalmayacağını vəd etdiyini xatırladaraq vurğulamışdır ki, dövlətimizin başçısı öz vədinə əməl etmişdir. 12 çadır şəhərciyindən 9-u artıq ləğv edilmişdir, qalanlardan isə sakinlərin köçürülməsi prosesi gedir. Bildirilmişdir ki, cəmi 49 qəsəbə tikilmişdir. Onların mənzil fondunun ümumi sahəsi 872 min kvadratmetrə bərabərdir. Qəsəbələrdən 47-si Neft Fondundan ayrılmış vəsait hesabına inşa edilmişdir. Burada təkcə yaşayış evləri deyil, infrastruktur obyektləri də tikilir. Belə ki, Dövlət Komitəsinin vəsaiti hesabına 106 məktəb tikilmiş, 820,0 kilometr uzunluğunda elektrik xətləri, habelə su kəmərləri, yollar çəkilmiş, yeni transformatorlar quraşdırılmışdır. Son dörd ildə qaçqınların ehtiyaclarının təmin edilməsi üçün 700 milyon manat xərclənmişdir. Lakin bu qəsəbələrin hamısı müvəqqəti yerləşmə üçün tikilir və insanlar öz doğma yurdlarına qayıtmalıdırlar. Əli Həsənov demişdir ki, ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və səfirliklər bu proqramın layihəsinə müsbət rəylər vermişdir. Mətbuat konfransında bildirilmişdir ki, ermənilərin 200 illik siyasətinin tarixi və Qarabağ probleminin həllinə dair son illərdə görülmüş işlər barədə 7 dildə müvafiq materiallar hazırlanmış, videofilmlər çəkilmiş və Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinə göndərilmişdir. Axırda Əli Həsənov suallara cavab vermişdir.
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
16 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
14 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi…
13 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhəri: Gündüzdən gecəyə ...