"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 76
Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Mətbuat xidmətinin məlumatı 26 MAY, 2023

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitəsinin 10-cu iclası keçirilib.

 

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iclasın ikinci hissəsində miqrasiya, məcburi köçkünlük, sığınacaq məsələləri mövzusunda keçirilən müzakirələrdə çıxış edib.

 

Dövlət Komitəsinin sədr müavini çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi həssaslıqla yanaşır.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun yarandığı qeyd edilib. Hazırda dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, dağıdılmış yerlər, rabitə-kommunikasiya xətləri bərpa edilir.

 

Məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad edilməsini böyük sevinc hissi ilə qarşılayıb və geri qayıdışa hazır olduğu, lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasının bu prosesi ləngitdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur.

 

Qeyd edək ki, alt-komitənin iclasında Azərbaycan tərəfini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, eləcə də İnsan hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri təmsil ediblər. Aİ tərəfindən tədbirdə Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyasının müxtəlif struktur bölmələri və Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

23 MAY, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərdə səsvermə ilə əlaqədar Elan
11 MAY, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşı “Heydər Əliyev Zirvəsi”nə qalxıb
24 April, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlə əlaqədar Elan
18 April, 2023 / Mətbuat xidmətinin məlumatı Information about Bashlibel massacre
17 April, 2023 / Mətbuat xidmətinin məlumatı Talış sakinləri doğma yurda qayıdışın sevincini yaşayır
05 April, 2023 / Mətbuat xidmətinin məlumatı Lachin dreams of those who have never seen Lachin
16 March, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 March, 2023 / Mətbuat xidmətinin məlumatı Return to native lands in the dreams of the children...
26 January, 2023 / Mətbuat xidmətinin məlumatı Issues of joint cooperation with the International Organization for Migration were discussed
19 January, 2023 / Mətbuat xidmətinin məlumatı Residents of Lachin are ready to return to their homeland
09 December, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee attended the 13th Meeting of the Dialogue on Defense Threats
06 December, 2022 / Mətbuat xidmətinin məlumatı A teacher from Zangilan: “We will continue our education together with our students”
05 December, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee made a speech about the Great Return in Stratcom Summit 22
04 November, 2022 / Mətbuat xidmətinin məlumatı Meeting of veterans on the eve of Victory Day
21 October, 2022 / Mətbuat xidmətinin məlumatı Young diplomats were given information about the Great Return
18 October, 2022 / Mətbuat xidmətinin məlumatı Resident of Aghdam: We watched the groundbreaking ceremony of our village with great joy and pride
12 October, 2022 / Mətbuat xidmətinin məlumatı Information of the Press Service
11 October, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee gave information about the Great Return process at the UNHCR meeting
10 October, 2022 / Mətbuat xidmətinin məlumatı Resident of Khidirli village: We have high hopes for the future
22 September, 2022 / Mətbuat xidmətinin məlumatı Internally displaced students were given school uniforms