"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 907
Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Mətbuat xidmətinin məlumatı 26 May, 2023

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitəsinin 10-cu iclası keçirilib.

 

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iclasın ikinci hissəsində miqrasiya, məcburi köçkünlük, sığınacaq məsələləri mövzusunda keçirilən müzakirələrdə çıxış edib.

 

Dövlət Komitəsinin sədr müavini çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi həssaslıqla yanaşır.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun yarandığı qeyd edilib. Hazırda dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, dağıdılmış yerlər, rabitə-kommunikasiya xətləri bərpa edilir.

 

Məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad edilməsini böyük sevinc hissi ilə qarşılayıb və geri qayıdışa hazır olduğu, lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasının bu prosesi ləngitdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur.

 

Qeyd edək ki, alt-komitənin iclasında Azərbaycan tərəfini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, eləcə də İnsan hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri təmsil ediblər. Aİ tərəfindən tədbirdə Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyasının müxtəlif struktur bölmələri və Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub