"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 837
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
Tədbirlər 02 JUNE, 2025

Bakının tarixi məkanlarından olan “Passaj 1901” kompleksində tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir. Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir. Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb edilib. Onlara bu istiqamətdə müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirak etmələri üçün geniş şərait yaradılıb. Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın geniş vüsət aldığı, minlərlə məcburi köçkün ailəsinin doğma yurda geri döndüyü və yeni həyata başladığı vurğulanıb. Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub. Bildirilib ki, daimi yaşayış yerlərinə qayıdanların və qayıdışa hazırlaşanların iqtisadi fəaliyyətinin dəstəklənməsi üçün zəruri tədbirlər görülür, bu məqsədlə sərgi və satış-yarmarkaların işğaldan azad olunmuş ərazilərdə də təşkili planlaşdırılır. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, tədbirə təşkilati dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər. Belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda tədbirin xüsusi qonaqlarına təşəkkürnamələr təqdim edilib. Yarmarkada məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. 

 

 

 

 

 

26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 November, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib
13 November, 2025 / Tədbirlər Dövlət Komitəsində xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası ilə bağlı təlim təşkil edilib
06 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Köçürüləcək əhalinin siyahılaşdırılması” mövzusunda təlim keçirilib
05 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdış prosesində əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda təlim keçirilib.