XƏBƏRLƏR
Çap et
2081
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
Mətbuat xidmətinin məlumatı
22 Fevral, 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və Sumqayıt ərazisində ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillərlə ilk növbədə təmin edilir.
Hazırda Abşeron rayonunun ərazisindəki 1000 ailəlik, Bakının Qaradağ rayonunun Ümid qəsəbəsindəki 300 ailəlik yeni yaşayış binalarında məcburi köçkünlərin yerləşdirilməsi davam edir.
Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan 1005 mənzildən ibarət yaşayış kompleksi də məcburi köçkünlərin istifadəsinə veriləcək. Yeni mənzillərin bölgüsü üzrə ilk püşkatma mərasimi fevralın 22-də N.Nərimanov adına Mədəniyyət Evində keçirilib. Məcburi köçkün ailələrin nümayəndələri mövcud qaydalar əsasında onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdirib. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.
Püşkatmada iştirak edən Cəbrayıl rayonundan məcburi köçkün Yetər Quliyeva, Laçın rayonundan Taleh Abdullayev, Qubadlı rayonundan Namazalı Dünyamalıyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, kompleksə daxil olan mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı