XƏBƏRLƏR
Çap et
2821
Qaradağlı faciəsi “Soyqırım. Qaradağlı” filminin təqdim olunması ilə yad edilmişdir
Mətbuat xidmətinin məlumatı
21 Fevral, 2011
Fevralın 17-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Anma mərasimində Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin rəhbərləri, xarici qonaqlar iştirak etmişlər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, hərbi prokuror Xanlar Vəliyev də iştirakçılar arasında idi.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov faciə barədə danışmışdır. Qeyd etmişdir ki, bu kənd 1992-ci il fevralın 17-də ağır döyüşlərdən, yalnız müdafiəçiləri həlak olandan sonra erməni silahlıları tərəfindən işğal edilmiş və yandırılmışdır. Qaradağlı faciəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır. Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olmuşdur. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülmüş. Onlardan 67 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilmişdir. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olmuş, 42 ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmışdır. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdür. Dünya ictimaiyyəti Xocalı faciəsindən xəbərdardır. Ancaq bu günə qədər, nəinki xarici vətəndaşlar, hətta ölkəmizdə bir çoxları Qaradağlı faciəsindən məlumatsızdır. Xüsusilə müasir gənclik bu faciədən xəbərsizdir. Bu gün “Soyqırım. Qaradağlı” filmi nümayiş etdiriləcəkdir. Film Azərbaycan, rus və ingilis dillərindədir. İnanırıq ki, film faciə barədə ictimaiyyətə dolğun məlumat verəcək, ümumiyyətlə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında əhəmiyyətli rol oynayacaqdır. Xocavəndlilər, o cümlədən qaradağlılar Azərbaycanın güclənməsindən, ordumuzun qüdrətlənməsindən qürur duyurlar. İnanırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcək, doğma yurda qayıdacağıq.
Rejissor Etibar Məmmədovun çəkdiyi iyirmi dəqiqəlik “Soyqırım. Qaradağlı” filmi nümayiş etdirilmişdir.
Şəhid Mobil Zeynalovun həyat yoldaşı Xuraman Tahirova şahidi olduğu faciə barədə həyəcanla söz açmışdır. O, dünya ictimaiyyətini ədaləti dəstəkləməyə, ağa ağ, qaraya qara deməyə çağırmışdır. “Həqiqəti görməmək üçün kor, eşitməmək üçün kar olmaq lazımdır”,- deyə Xuraman xanım vurğulamışdır.
Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev münaqişənin tarixinə ekskurs etmiş, demişdir ki, tarix öyrənilib yadda saxlamaq üçündür, ondan ibrət götürülməlidir. Təəssüf ki, yaddaşımız çox qısadır, XX əsrin əvvəllərində baş verənlər bir yana, heç 19 il bundan əvvəl erməniləri törətdiyi cinayətlər barədə həqiqətləri yaya bilməmişik. Bu işə ciddi diqqət yetirilməlidir.
Hərbi prokuror təbliğat işində faktların təhrif olunmamasının, doğru-düzgünlüyünün vacibliyini, fərqli rəqəmlər göstərilməsinin yolverilməzliyini vurğulamışdır. Demişdir ki, faciələrimiz haqqında yazılan kitablar, çəkilən filmlər sistemli olmalı, həm də bütün dünya üçün nəzərdə tutulmalıdır. O, rəhbərlik etdiyi qurumun müəlliflərə kömək etməyə hazır olduğunu diqqətə çatdırmışdır. Əmin olduğunu bildirmişdir ki, hərbi cinayətkarların mühakiməsindən bəhs edən filmlərə baxacağımız gün uzaqda deyil.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da faciələrimizin, erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işləri canlandırmağın vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu işdə hamımız əl-ələ verməliyik, problemin ümummilli problemə çevrilməsinə nail olmalıyıq. Hər bir azərbaycanlı Qaradağlı və digər faciələri özününkü bilməyincə heç bir irəliləyişdən danışmaq olmaz. Təəssüflə bildirdi ki, o zaman Qaradağlı faciəsi respublika rəhbərliyi üçün həyəcan təbili olmadı.
Ə.Həsənov demişdir: “Düşmənimiz çox hiyləgərdir. Ona qalib gəlmək üçün hər birimiz torpaqlarımızı azad etməyə hazır olmalıyıq, problem isə ümummilli problemə çevrilməlidir. Bəzi beynəlxalq qurumların ədalətsizliyi də münaqişənin həllinə mane olur. Bu gün ermənilər onların bir çoxunun qəbul etdikləri qərar və qətnamələrə laqeydliklə yanaşır, yerinə yetirmirlər. Əvəzində işğalçıya maddi yardım göstərilir. Lakin biz əminik ki, gec-tez separatçılar Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin siyasəti qarşısında diz çökəcəklər. Uduzan ermənilər olacaqdır”.
Natiq təklif etmişdir ki, film BMT-də işlənən rəsmi dillərdə hazırlanıb yayılsın.
19 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Şuşa şəhərində fləşmob keçirib
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Füzulinin yeni növrağı