"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1932
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin mühüm prioritetlərindəndir
Mətbuat xidmətinin məlumatı 31 MAY, 2019

Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur

 

Azərbaycan özünün yeni inkişaf mərhələsindədir. Bu mərhələdə həyata keçirilən islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə iş daha da təkmilləşdirilir, onların sosial problemlərinin həlli sürətləndirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad HÜSEYNOV bununla əlaqədar qarşıya qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrin icra vəziyyəti barədə sualları cavablandırıb. 

 

- Qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, əsasən, hansı istiqamətlərdə aparılır və ilkin nəticələr necədir?

 

- Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. Ötən il rekord göstərici olan 5.800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlər arasında Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları və əlillər də var. Ötən bir il ərzində istifadəyə verilmiş “Qobu park”, Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binaları, Abşeron və Sumqayıtda istifadəyə verilmiş yaşayış komplekslərində 192 şəhid, 2 Milli Qəhrəman ailəsinə, 147 Qarabağ müharibəsi iştirakçısı və əlilinə, Aprel döyüşlərinin 4 iştirakçısına yeni mənzil verilib.

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir. Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi  nəzərdə tutulub.  

 

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident xanın Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri, Mehriban xanımın tapşırığı ilə yeni mənzillərlə birinci növbədə təmin edilirlər.

 

Belə bir məqamı xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.

 

Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Qeyd etdiyim kimi bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu sahədə də “iki qaranquş” olub: Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsi. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun. Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə oz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.

 

Cənab Prezidentin apardığı islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, neqativ hallara imkan yaradan boşluqların aradan qalıdırlması, xüsusən, mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin edilməsi mühüm vəzifə olaraq qarşıya qoyulub. Dövlət Komitəsinin fəaliyyəti bu və digər təxirəsalınmaz vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə səfərbər olunub.

 

Məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin müxtəlif istiqamətlərində təkmilləşdirmələr aparılır. Bu həm onların sosial problemlərinin daha tez və qanunauyğun formada həllinə, həm də neqativ halların aradan qaldırılmasına, sosial ədalətin təmin olunmasına xidmət edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2018-ci ilin ikinci yarısından aparılan islahatlar nəticəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın düzgün təmin edilməsinə nəzarət olunması,  vahid aylıq  müavinət alanların siyahısının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi hesabına 2017-ci illə müqayisədə 2018-ci ildə vahid aylıq müavinət alan məcburi köçkünlərin sayı 20.488 nəfər azalıb.

 

Bundan başqa, Azərbaycan Respub-likası Prezidentinin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində 2018-ci ildə həyata keçirdiyi islahatlara uyğun olaraq, Dövlət Komitəsinin tərkibində 2 yeni struktur vahidi – Təşkilat, nəzarət və analitika şöbəsi, habelə “Qaynar xətt” yaradılmaqla, eləcə də bəzi şöbələrin adlarında və funksiyalarında dəyişiklik aparılmaqla yeni struktur formalaşdırılıb. Bundan başqa, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsində şəffaflığın təmin edilməsi üçün Dövlət Komitəsində müvafiq Komissiya və İşçi qrupu yaradılıb. Belə ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar daxil olan müraciətlər komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupu tərəfindən yerində baxış keçirilməsi və müxtəlif dövlət orqanlarının informasiya bazasında məcburi köçkün barəsində toplanmış məlumatlarla üzləşdirilməsi yolu ilə araşdırılmaqla dəqiqləşdirilmiş nəticələr komissiyada müzakirə edilib, qərar qəbul olunur.  Komissiyanın yekun rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və ilk növbədə, ən ağır məişət şəraiti olanların köçürülməsi yolu ilə mərhələlərlə məcburi köçkünlərin müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi təmin edilir.

 

2019-cu ilin əvvəlindən elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi, elektron imza və elektron uçot sisteminin müasir tələblərə uyğun fəaliyyətinin təmin olunması məqsədilə Komitənin strukturunda daxili yerdəyişmələr hesabına 2019-cu ilin 15 fevral tarixindən “İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə sektor”u yaradılıb.

 

Komitədə vətəndaşların qəbulu prosesi təkmilləşdirilmiş, bütün iş günlərində gün ərzində onların aidiyyəti strukturların nümayəndələri tərəfindən qəbulu təşkil edilib. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, başqa günlər isə komitənin digər rəhbər şəxsləri tərəfindən vətəndaşlar fərdi qaydada qəbul edilirlər. Bundan başqa, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq komitə sədrinin və müavinlərinin, eyni zamanda Prezi-dent Administrasiyasının nümayəndələri ilə birlikdə sədr müavinlərinin respublikanın müxtəlif bölgələrində səyyar qəbulları keçirilir. Ötən bir il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfər, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.

 

Bütün məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar

 

Ağır şəraitdə, həyat üçün təhlükəli vəziyyətdə yaşayan məcburi köçkünlərin uzun müddət məskunlaşdığı yaşayış sahələrində təmir-bərpa işlər aparılırmı? Təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirlər görülür?

 

- Bu günə qədər minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Dövlət Komitəsi tərəfindən yataqxana, digər inzibati binalar və ob-yektlərə mütəmadi olaraq baxış keçirilir, zəruri olduqda onların dam örtüyü, elektrik naqilləri, infrastrukturu, sanitar qovşağında təmir işləri aparılır.

 

Baş verə biləcək yanğın hallarının qarşısının alınması üçün də zəruri tədbirlər görülür. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb. Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda bu barədə qərar qəbul edilib. Dövlət Komitəsinin rəhbərliyi ilə yaradılan komissiyaya Bakı şəhərinin rayonlarının icra başçılarının müavinləri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları təmsil olunub. İşçi qrupu Bakıda yerləşən 204 yataqxanaya baxış keçirib. Onlardan 176-da elektrik təchizatı işlərinin yenidən qurulması ilə bağlı qərar qəbul edilib. Bu barədə hesabat hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

 

Onu da qeyd etmək lazımdır ki, təmirin aparılmağı o demək deyil ki, inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülməyəcək. İctimai binalarda məskunlaşan bütün məcburi köçkünlər, birmənalı olaraq, mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaq.

 

Məşğulluğun artırılmasına dəstək tədbirləri davam etdiriləcək

 

- Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən yeni mənzillərə köçürülməsi ilə yanaşı onların maddi rifanın yaxşılaşdırılması, məşğulluğunun artırılması da dövlət siyasətinin mühüm istiqamətidir. Bu sahədə hansı tədbirlər həyata keçirilir?

 

- Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətimizin sosial siyasətində əsas istiqamətlərdəndir. Cənab Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” tarixi Sərəncamı bunu bir daha təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği cari il aprelin 1-dən 50 faiz artırılıb. Dövlət başçısının Sərəncamı hazırda vahid aylıq müavinət alan 500 mindən çox məcburi köçkünə şamil edilir. Bu, məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması üçün bir ildə verilmiş ikinci sərəncamdır.

 

Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla 2018-ci il martın 1-dən müavinətlər 10 faiz artmışdı. Nəticədə 1 il ərzində ümumilikdə götürdükdə müavinətin məbləğində 70 faiz artım müşahidə edilir.

 

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ilk dəfə 2018-ci il iyunun 22-də Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, oktyabrın 26-da isə həmin rayonun ərazisindəki “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirlərində, ümumilikdə, məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub. 2019-cu ilin ilk əmək yarmarkası isə mayın 7-də Abşeron rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Məcburi köçkünlərin məşğulluğunun artırılmasına dəstək məqsədi ilə əmək yarmarkalarının keçirilməsi davam edəcək.

 

Bundan başqa, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğuna dəstək məqsədi ilə digər dövlət qurumları və özəl təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.

 

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi digər dövlət qurumları tərəfindən də həyata keçirilir. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir.  Cari ilin yanvar-aprel aylarında bu proqrama artıq 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkündür.

 

2019-cu ilin əvvəlinə olan göstəricilərə əsasən, əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil edir ki, bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin olunub. Əmək qabiliyyətli işsiz məcburi köçkünlər 34,9 min nəfər təşkil edir.

 

“Qobu park”ın salınması korporativ sosial məsuliyyətə əsaslanır

 

- Məcburi köçkünlər üçün yaşayış məhəllələrinin salınmasında özəl sektorun fəaliyyəti nədən ibarətdir?

 

- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətin intensiv forma alması, xanım Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasından sonra gerçəkləşib. 2017-ci il martın 9-da Birinci vitse-prezidentin ilk müşavirəsini ən ağır vəziyyətdə, qəzalı binalarda, hər an uçmaq təhlükəsi olan yaşayış sahələrində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə həsr etməsi, onun bu sahəyə olan diqqətindən xəbər verir. Məhz həmin müşavirədə dövlət qurumlarına müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verilib, həmçinin özəl sektora müraciət edilib. Özəl şirkətlər də bu sahədə korporativ sosial məsuliyyəti dərk edərək dövlətin həyata keçirdiyi işlərə töhfə verilməsi haqqında qərar qəbul ediblər. Təqdirəlayiq haldır ki, buna cavab olaraq ilk dəfə ölkəmizdə salınmış ən böyük qəsəbələrdən birinin - Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin əsası qoyuldu və bir ildən az müddətdə 1026 mənzildən ibarət, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş yaşayış kompleksi istifadəyə verildi. Həmin kompleksin açılışında iştirak etmiş Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva özəl sektorun bu fəaliyyətini, sosial məsuliyyətini yüksək dəyərləndirib. Gələcəkdə də bu sahəyə töhfə verməsi ilə bağlı müraciət edilib. Hazırda “Qobu Park-2” yaşayış kompleksində son tamamlama işləri gedir. Yaxın müddətdə 1200 ailəlik ikinci yaşayış kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bundan başqa, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün yaşayış binaları da özəl sektor tərəfindən inşa edilib. 

 

- Hazırda məcburi köçkünlər üçün yeni yaşayış məhəllələri harada inşa edilir?  

 

- Bu ilin aprelində cənab Prezident İlham Əliyev Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış 810 mənzilli yaşayış kompleksinin açılışını edib. Buradakı binalara məcburi köçkünlərin köçürülməsi başa çatıb. Yeni mənzillərə Kürdəxanı qəsəbəsi ətrafında qəzalı və ağır, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb.

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin inşasına başlanması, bir neçəsinin isə başa çatdırılması nəzərdə tutulub. Belə ki, Bakı şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. 3 ədəd 9 mərtəbəli yaşayış binası, 220 yerlik məktəb binasının texniki infrastruktur obyektləri ilə birlikdə yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulub. Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə özəl sektor tərəfindən inşa edilən “Qobu Park-2” yaşayış kompleksində işlər başa çatıb. 1200 yerlik bu yeni qəsəbə də yaxın günlərdə istifadəyə veriləcək.

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bölgələrdə də davam edir. Beyləqan rayonunda ağır şəraitdə yaşayan 146 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan fərdi yaşayış evlərindən ibarət qəsəbədə, Şirvan şəhərində yataqxanalarda məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün isə 13 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət məhəllədə son tamamlama işləri aparılır. Hər iki kompleskdə məktəb, bağça və digər zəruri infrastruktur obyektləri inşa edilib.

 

Eyni zamanda 2019-cu ildə Kürdəmir, Ucar, Göygöl, Göyçay, Füzuli və Ağcabədi rayonları ərazisində yeni yaşayış kompleksləri tikilib istifadəyə veriləcəkdir.

 

Yeni yol xəritəsi hazırlanır

 

- “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrdə nəzərdə tutlan tədbirlərin icrası vəziyyəti barədə məlumat verə bilərsinizmi?

 

-Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələr nəzərdə tutulan tədbirlərin icrası uğurla davam edir.

 

Onu da qeyd edim ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu il aprelin 26-da Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı bildirib ki, yeni yol xəritəsi hazırlanır. Bununla əlaqədar bütün ictimai binalarda, yataqxanalarda, pansionatlarda həm Dövlət Komitəsinin, həm Heydər Əliyev Fondunun, həm də Regionların İnkişafı Fondunun əməkdaşları araşdırma aparacaq, insanlarla görüşəcək və bütün problemləri öyrənəcəklər.

 

Son olaraq onu da qeyd etmək lazımdır ki, bütün ictimai binalarda məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ağırdır. Amma onların içində daha ağır şəraitdə olanlar var. Ona görə də köçürülmə mərhələli və ardıcıl şəkildə, sosial ədalət və şəffaflıq prinsipləri rəhbər tutularaq həyata keçirilir.

 

Məcburi köçkün soydaşlarımızdan xahişimiz odur ki, dövlətimizin bu sahədə gördüyü işə layiqincə qiymət versinlər və əmin olsunlar ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilir.

13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 December, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 December, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 November, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb