"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 491
Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 13 February, 2026

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Kəlbəcər şəhərinə  köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

 

 

 

06 November, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 November, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 October, 2026 / Mətbuat xidmətinin məlumatı 78 more families relocated to liberated territories under Great Return Program
30 October, 2026 / Mətbuat xidmətinin məlumatı The return of Aghdam and Khojavend residents to their native land continues
29 October, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 October, 2026 / Mətbuat xidmətinin məlumatı Khojavend and Aghdara residents return to their native lands
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Khojaly residents receive keys to their new homes
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Aghdara district arrive at their new homes
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Return of Khojaly and Aghdara residents to their native lands continues
13 October, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Huseynov spoke about the Great Return process at the session of the UNHCR
12 October, 2026 / Mətbuat xidmətinin məlumatı Return to Lachin: A New Rhythm of Life in Beylik
08 October, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 October, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 October, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 October, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Khojaly city welcomes another 78 residents
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Shukurbayli village of Jabrayil district arrive at their new homes
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 17 families return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another resettlement convoy departs for Shukurbayli village