"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 159
“ZƏFƏRİN 5-Cİ İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” mövzusunda fotomüsabiqə elan olunur
Mətbuat xidmətinin məlumatı 29 April, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqrafları Birliyi ilə birgə “ZƏFƏRİN 5-Cİ İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” adlı fotomüsabiqə elan edir.

Fotomüsabiqənin keçirilməsində məqsəd Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası 2023-cü ildə uğurla həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı ilə əlaqədar olaraq daha da genişlənmişdir. Fotomüsabiqəsinin əsas məqsədi həmin ərazilərdə görülən işləri, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini aşağıdakı istiqamətlərdə vizual formada nümayiş etdirməkdir:

Müsabiqəyə təqdim olunan fotolar həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.

 

Müsabiqənin şərtləri:

  • Müsabiqənin keçirilmə tarixi: 29.04.2025 - 29.05.2025
  • Fotolar JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir
  • Hər iştirakçı maksimum 10 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçiləcəkdir.
  • Foto faylda müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.
  • Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
  • Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
  • Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
  • Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yuxarıda qeyd olunan tələblərə uyğun olaraq müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “BÖYÜK QAYIDIŞIN ADDIMLARI” başlığı ilə musabiqe@idp.gov.az elektron ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilən nümunələr təşkilatçıların nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Müsabiqənin nəticələri Dövlət Komitəsi və Azərbaycan Fotoqrafları Birliyinin rəsmi saytlarında dərc olunacaq.

Müsabiqə iştirakçıları aşağıdakı mövzular üzrə şəkillər təqdim edə bilərlər:

  1. Doğma yurda qayıdış
    Qarabağda köç prosesinə dair şəkillər, insanların doğma yurdlarına qayıtması və daimi məskunlaşması;  
  2. Tarix və mədəniyyət
    Qarabağ və Şərqi Zəngəzurun zəngin tarixi və mədəni irsi, qədim abidələr, xalq sənətkarlığı və ənənəvi dəyərlər;
  3. Kənd təsərrüfatı və məşğulluq
    Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı, əkinçilik, heyvandarlıq və kənd əhalisinin məşğulluğu;
  4. Daimi məskunlaşmanın olduğu rayonlarda uşaqlar, gənclər və yeni sakinlər
    İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrində məskunlaşma prosesini, yerli sakinlərin gündəlik həyatını əks etdirən şəkillər;
  5. Təbiət və ekosistem
    Qarabağ və Şərqi Zəngəzurda təbiət və onun zənginliyi, meşələr, dağlar, çaylar və digər ekosistem elementləri;
  6. Dağıdılmış yerlər, bərpa olunan və yenidənqurulan ərazilər.

Müsabiqənin iştirakçıları:

Müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər (münsiflər heyətinin üzvləri istisnadır).   

Mükafatlandırma:

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş fotoşəkil müəlliflərinə aşağıda göstərilən pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN

Sərgidə nümayiş olunacaq 20 ən yaxşı foto müəllifi 100 AZN məbləğində mükafata layiq görüləcək. İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir və kommersiya məqsədilə istifadə edilməyəcək.

Qeyd: Münsiflər heyəti tərəfindən seçilən 44 fotodan ibarət fotosərgi təşkil olunacaq.

 

(Əlaqələndirici şəxs: Famil Həzili (+994 55 900 12 99)

                              İsa İsmayılov (+994 55 900 12 98)

30 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
30 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
29 April, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
29 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
29 April, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
29 April, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
29 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
28 April, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhərinə çatıb
28 April, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
22 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
22 April, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
21 April, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
21 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
21 April, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr köçürüldü
14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 April, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb