"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 839
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 29 April, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə bərpa-quruculuq işlərinin gedişini dövlətimizin başçısının şəxsən nəzarətdə saxlaması, həmin ərazilərə müntəzəm səfərlər etməsi, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Böyük Qayıdışla bağlı tədbirlərdə iştirakı, doğma yurda dönən və  qayıdışa hazırlaşan keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. Kollegiyada Dövlət Komitəsinin funksional fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, Böyük Qayıdışa dair I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Qeyd edilib ki, məcburi köçkünlərin doğma yurda qayıdışının səmərəli təşkili üçün zəruri iş aparılır, bu sahədə praktiki fəaliyyətin nəticələri təhlil edilir, qayıdışa hazırlıq prosesində qarşıya çıxan məsələləriin həllinə ciddi diqqət yetirilir, məlumatlandırma, təbliğat-təşviqat tədbirləri görülür. Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlər ardıcıllıqla və vaxtında icra edilməli, həmçinin Böyük Qayıdış dövrünün tələbləri nəzərə alınmaqla komitənin fəaliyyətində innovasiyaların tətbiqi təmin olunmalıdır. Kollegiyada müzakirə olunan məsələlər barədə rəy və təkliflər bildirilib,  müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib. 

 

 

30 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend village
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı The next resettlement convoy has been dispatched to Khojavend village of Khojavend district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Awareness meetings were held in the temporary settlement areas of IDPs
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in Khanoba village of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to Khojavend city, the Girmizi Bazar settlement, and Khanoba village
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı A world-significance historical monument – Khudavang monastery
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Aghdam city
23 April, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdam city, the Girmizi Bazar settlement, and Badara village have been informed about social protection measures and mine safety.
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to to the Girmizi Bazar settlement of Khojavend
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 92 more families to Aghdam city
17 April, 2026 / Mətbuat xidmətinin məlumatı Citizens can now send and receive official letters to the State Committee digitally via ‘MyGov’
15 April, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdam city have been informed about social protection measures and mine safety.
14 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Aghdara and Khojaly districts