"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 577
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 14 April, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 20 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

 

 

29 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
16 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
14 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi…
13 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib
07 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhəri: Gündüzdən gecəyə ...
01 MAY, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış yeni iş imkanları yaradır