"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 804
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 10 April, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləridə ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 17 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

 

 

17 February, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
17 February, 2026 / Mətbuat xidmətinin məlumatı A mine risk awareness event was held at Zabux school
17 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan continues Great Return programme with new resettlement to Aghdam
16 February, 2026 / Mətbuat xidmətinin məlumatı Another resettlement to Khojaly took place today
16 February, 2026 / Mətbuat xidmətinin məlumatı 10 families relocated to Hadrut settlement of the city of Khojavend receive house keys
16 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
16 February, 2026 / Mətbuat xidmətinin məlumatı 60 families moved to the city of Khojaly and the settlements of Hadrut and Girmizi Bazar
13 February, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
13 February, 2026 / Mətbuat xidmətinin məlumatı The magnificent view of the Great Return
11 February, 2026 / Mətbuat xidmətinin məlumatı A flash mob on employment opportunities in the liberated territories was held
09 February, 2026 / Mətbuat xidmətinin məlumatı The joy of returning to Tazabina: a new life begins in the native homeland
05 February, 2026 / Mətbuat xidmətinin məlumatı Hamida Omarova: “The reconstruction work in Karabakh fills each of us with great pride.”
04 February, 2026 / Mətbuat xidmətinin məlumatı Lachin is a paradise – winter is a miracle
03 February, 2026 / Mətbuat xidmətinin məlumatı A Story of Return: 113-Year-Old Grandmother Kheyrenisa’s Dream of Kelbajar Comes True
30 January, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to Karkijahan, Khanyurdu and Tazabina
30 January, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to Karkijahan, Khanyurdu and Tazabina
30 January, 2026 / Mətbuat xidmətinin məlumatı A Winter Fairy Tale in Aghali
29 January, 2026 / Mətbuat xidmətinin məlumatı Relocation convoy has arrived in Mammadbayli village
29 January, 2026 / Mətbuat xidmətinin məlumatı Warning from the State Committee and ANAMA: “Ignoring mine warning signs leads to tragedy!”
29 January, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb