"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 905
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 05 March, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləridə ətraflı izah edilir. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 25 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

 

 

10 April, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 April, 2026 / Mətbuat xidmətinin məlumatı In Lachin, nature delights the eyes with its beauty.
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Kalbajar
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Zabukh: A village just like a city...
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Kalbajar city
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return to the liberated territories continues
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Former IDPs return home to Azerbaijan's Khojavend and Khojaly
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı The resettlement convoy arrives in Aghdara
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan sends next relocation convoy to Horovlu in Jabrayil
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Next resettlement convoy arrives in Khojavend district
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı The joyful echoes of returning to the native homeland: another flash mob held in the liberated territories
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Aghdara Khojavend, and Jabrayil districts
14 March, 2026 / Mətbuat xidmətinin məlumatı First group of residents relocated to Khanoba village of Khojavand district receive house keys
13 March, 2026 / Mətbuat xidmətinin məlumatı Lachin: Patterns of a new life
11 March, 2026 / Mətbuat xidmətinin məlumatı Next resettlement convoys arrive in Khojavend and Khojaly districts