"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1149
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 30 January, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləri də ətraflı izah edilir.

Bununla əlaqədar olaraq, növbəti tədbir Xocalı rayonunun Ballıca kəndinə köçürülən 32 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarx, mediada mütəmadi olaraq yayımlanır.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

 

 

10 January, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 January, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb
09 January, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb
30 December, 2025 / Mətbuat xidmətinin məlumatı “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib.
30 December, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin infoturu olub
30 December, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərlərinə infotur təşkil edilib
30 December, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın şəhərinə infotur təşkil edilib
27 December, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
26 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
26 December, 2025 / Mətbuat xidmətinin məlumatı Seyidbəyli kəndinə yola salınan köç ünvana çatıb
26 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb
26 December, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
25 December, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
24 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Sos kəndinə çatıb
24 December, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb