"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 369
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 16 March, 2023

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

 

İclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.

 

Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.

 

Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların bölgüsündə ədalət prinsipinin təmin olunması, ərazilərə qayıdan əhalinin torpaqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumat veriblər.

 

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

15 September, 2023 / Mətbuat xidmətinin məlumatı Füzulinin daha 73 sakini doğma yurda qayıtdı
11 September, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
11 September, 2023 / Mətbuat xidmətinin məlumatı Füzulinin daha 92 sakini doğma yurda qayıtdı
07 September, 2023 / Mətbuat xidmətinin məlumatı Füzulinin daha 102 sakini doğma yurda qayıtdı
04 September, 2023 / Mətbuat xidmətinin məlumatı Zabux sakinləri doğma yurda qayıdışın sevincini yaşayır
28 August, 2023 / Mətbuat xidmətinin məlumatı 82 yaşlı Qəribə nənə doğma yurda qayıdışın sevincini yaşayır
25 August, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa ilk köç karvanı yola salındı
24 August, 2023 / Mətbuat xidmətinin məlumatı “Nərgiz nənə, gəlmisən? Nə yaxşı!”
22 August, 2023 / Mətbuat xidmətinin məlumatı 89 residents of Fuzuli returned to their homeland
18 August, 2023 / Mətbuat xidmətinin məlumatı First migration caravan left for Fuzuli
17 August, 2023 / Mətbuat xidmətinin məlumatı Developing Farms in Native Lands
15 August, 2023 / Mətbuat xidmətinin məlumatı Employees of State Committee awarded with medals
11 August, 2023 / Mətbuat xidmətinin məlumatı Lachin resident: “Homeland's essence emanates from the very house of one's birth and upbringing”
31 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı 53 more residents of Lachin returned to their native land
28 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı 56 more residents of Lachin returned to their native land
25 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı 89 more residents of Lachin returned to their native land
21 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı A board meeting was held at the State Committee
13 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı 85 more residents of Lachin returned to their native land
05 JULY, 2023 / Mətbuat xidmətinin məlumatı State Committee: The vacated apartment was given to the martyr's family
25 JUNE, 2023 / Mətbuat xidmətinin məlumatı 53 more residents of Lachin returned to their native land