"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1266
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 11 August, 2021

Avqustun 11-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qediyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qayada qəbul edib. Vətəndaş M.F.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun çoxuşaqlı ailəsinin mənzillə təmin edilməsi barədə olub. Quliyev İlkin Mətləb oğlunun ailə vəziyyəti nəzərə alınaraq, onların Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib.


Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, binanı tərk edib. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və bu zaman aydın olub ki, onlar vətəndaş M.F.Əliyevanın oğlu İlkin Quliyevin övladlarıdır. Bundan sonra uşaqların ailəyə təhvil verilməsi mümkün olub.


Qeyd edilməlidir ki, uşaqları komitənin binasında qoyub gedən ana - Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində daimi qeydiyyatdadır və məcburi köçkün deyildir.


Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlər üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış 191 məcburi köçkün ailəsi də, qanunvericilikdə nəzərdə tutulan qaydada, həmin ərazilərdə yeni yaşayış sahəsi ilə təmin ediləcəkdir.

04 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Beekeeping is being revived in Lachin
02 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı The smile created by the Great Return
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend village
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı The next resettlement convoy has been dispatched to Khojavend village of Khojavend district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Awareness meetings were held in the temporary settlement areas of IDPs
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in Khanoba village of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to Khojavend city, the Girmizi Bazar settlement, and Khanoba village
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı A world-significance historical monument – Khudavang monastery
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Aghdam city
23 April, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdam city, the Girmizi Bazar settlement, and Badara village have been informed about social protection measures and mine safety.
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to to the Girmizi Bazar settlement of Khojavend
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 92 more families to Aghdam city
17 April, 2026 / Mətbuat xidmətinin məlumatı Citizens can now send and receive official letters to the State Committee digitally via ‘MyGov’