"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1187
Dövlət Komitəsinin sədri ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə müraciət edib
Mətbuat xidmətinin məlumatı 16 October, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinə məktubla müraciət edib. Müraciətin məqsədi mövcud münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi üçün mandat almış dövlətlərin diqqətini Ermənistanın yeni təcavüzünə yönəltməkdir.

 

Müracətdə deyilir:

 

“Ermənistanın silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma başlamışlar. Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı –2020-ci il iyulun 12-16-da Tovuz rayonu istiqamətində silahlı hücumun və avqustun 23-də Goranboy rayonu rayonu istiqamətində digər erməni təxribatının davamıdır.

 

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərində əhalinin sıx olduğu mülki obyektlərə və yaşayış məntəqələrinə qəsdən atəş zərbəsi endirir. Məcburi köçkünlərin və qaçqınların yerləşdirildiyi Tərtər rayonunun Şıxarx qəsəbəsi, Ağdam rayonunun Baharlı, Dördyol-1 və Təzəkənd qəsəbələri, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan açılan intensiv atəş nəticəsində ciddi dağıntıya məruz qalıb. Məcburi köçkün əhali, o cümlədən uşaqlar və qadınlar arasında ölənlər və yaralananlar vardır. Onlar Ermənistanın təcavüzünün qurbanıdırlar və uzun illər çadır düşərgələrində, dəmiryol vaqonlarında yaşadıqları mərhumiyyətlərdən, müharibənin, xüsusən də, 1992-ci ildə Xocalıda mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilən soyqırımının ağır psixiloji yaralarından sonra yenidən köçkünlüyün sınaqları ilə üzləşməyə məcburdurlar. Bu adamlar 1992-1994-cü illərdəki müharibə zamanı öz evlərindən qovulublar və Azərbaycan dövlətinin saldığı, yuxarıda adıçəkilən qəsəbələrdə müvəqqəti yerləşdiriliblər. 

 

Qeyd etmək lazımdır ki, dövlətin diqqət və qayğı göstərməsinə baxmayaraq, məcburi köçkünlərin problemlərinin həllinin yeganə yolu, BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə Xüsusi Məruzəçilərinin hesabatlarında təsbit edildiyi kimi, beynəlxalq birliyin Azərbaycandakı rəsmi missiyaları çərçivəsində onların layiqli həyat yaşamaq hüququnun – könüllü şəkildə və ləyaqətlə, təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qaytarılmasıdır. Artilleriya və raket zərbələri nəticəsində, xüsusilə zəruri enerji mənbələri və sosial infrastruktur da daxil olmaqla, 160-a yaxın yaşayış binası və digər mülki infrastruktur dağıdılıb.

 

Bu hərbi hücum Ermənistanın güc tətbiqi strategiyasının və işğal edilmiş ərazilərdə qanunsuz demoqrafik, mədəni və fiziki dəyişikliklər həyata keçirmək, o cümlədən bu əraziləri erməni əhali ilə məskunlaşdırmaq xəttinin, həmçinin bu təcvüzkar ölkənin rəhbərliyinin digər təxribatçı bəyanatlarının (“Qarabağ Ermənistandır.”) və fəaliyyətinin davamıdır.

 

Ermənistan rəhbərliyinin təhlükəsizlik strategiyasında “yeni ərazilər uğrunda yeni müharibə” ideyası və beynəlxalq hüquqla bir araya sığmayan, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in  qərarlarına zidd olan “məhdudiyyətsiz özünütəyinetmə”  adlandırılan kəşfi öz əksini tapıb. Ermənistan  işğal edilmiş ərazilərdə yaratdığı qanunsuz oyuncaq rejimi tərəf kimi cəlb etməyə cəhd göstərərək danışıqların mövcud formatını davamlı şəkildə pozur. Bu, bütövlükdə sülh danışıqları prosesinə ciddi zərbədir.

 

Ermənistanın Azərbaycana növbəti təcavüzü 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 1993-cü il 822, 853, 874, 884 nömrəli qətnamələri, BMT Baş Assambleyasının “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” 2008-ci il qətnaməsi də daxil olmaqla beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

 

Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağda və ona bitişik rayonlarda qanunsuz mövcudluğunun regionda sülhə və təhlükəsizliyə qorxu yaratması, münaqişənin yenidən alovlanmasının əsas səbəbi kimi qalması faktını dərindən dərk edərək, Azərbaycan öz vətəndaşlarını və suveren ərazisini Ermənistanın hərbi təcavüzündən qorumaq məcburiyyətindədir. Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq qanuni əks-həmlə əməliyyatı onun ərazi bütövlüyünün bərpasına xidmət edir.

 

Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan Moskvada imzalanmış humanitar atəşkəsin arxasında gizlənərək, Azərbaycanın mülki əhalisinə yenidən hücum edir. Ermənistan humanitar məqsədlərlə elan olunmuş atəşkəsi pozmaq məqsədilə təcavüz və təxribatları davam etdirir. Azərbaycanın ikinci böyük şəhəri olan və döyüş əməliyyatları zonasından uzaqda yerləşən Gəncə şəhərinin dinc əhalisinə qarşı oktyabrın 11-də baş verən qanlı hücum erməni terroru və faşizminin, soyqırımı aktının və yenicə əldə olunmuş atəşkəs razılaşmasının pozulmasının biabırçı təzahürüdür.

 

Beynəlxalq birlik, xüsusən, ATƏT-in Minsk Qrupunun üzv-ölkələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləməli və dayandırmalı, bu işğalçı dövləti beynəlxlaq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və beynəlxalq humanitar hüqüq üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etməlidirlər”.

13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 December, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 December, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 November, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb