"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1251
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində həyata keçirilən tədbirlər
Mətbuat xidmətinin məlumatı 24 August, 2020

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi koronavirus (COVID-19) pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün müəyyənləşdirilmiş mühüm və təxirəsalınmaz tədbirlərin icrasını təmin edir. Komitə öz işini dövlətimizin başçısının bu məsələyə dair qərar və tapşrıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurur.

 

Komitənin sədrinin “Koronavirus (COVİD-19) zəminində yaranan xüsusi karantin rejimində Dövlət Komitəsinin fəaliyyətinin tənzimlənməsinə dair” müvafiq əmrinə əsasən, iş yerləri gigiyenik vasitələrlə, xəstəliyin ilkin əlamətlərini təyin edən texniki avadanlıqlarla təchiz edilib, komitənin balansındakı binalarda müntəzəm şəkildə müvafiq dezinfeksiya tədbirləri həyata keçirilir. 

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları və komitənin balansında olan bütün yaşayış məhəllələrində və qəsəbələrdə kütləvi tədbirlər keçirilməsi müvəqqəti dayandırılıb, xəstəliyin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparılır, koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlərin deyil, hər bir vətəndaşın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi bildirilir.

 

Komitənin yerli bölmələri sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərlə müvafiq izahat işləri aparırlar. Mövcud şəraitlə əlaqədar olaraq, komitədə vətəndaşların fiziki qəbulu, müvəqqəti olaraq, dayandırılıb, bütün müraciətlər müasir rabitə-kommunikasiya vasitələrindən istifadə etməklə onlayn şəkildə qəbul edilir. Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən müntəzəm videoqəbullar təşkil olunur.

 

Karantin rejiminin tətbiqindən sonrakı müddət ərzindən Dövlət Komitəsinin sədri hər həftənin çərşənbə axşamı videoqəbul keçirərək əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyir, suallarını cavablandırır. Bu günə kimi komitə sədri hər həftənin çərşənbə axşamı videoqəbullar keçirib, əksəriyyəti məcburi köçkün olan vətəndaşlar görüntülü söhbət edib, onların müraciətlərini dinləyib, qaldırdıqları məsələlərə münasibət bildirib.

 

Komitə sədrinin müavinləri, aparat rəhbəri, şöbə müdirləri də qəbul cədvəli əsasında videoqəbullar keçiriblər. Bu videoqəbullar zaman vətəndaşlarla görüntülü telefon əlaqəsi yaradılıb, onların müraciətləri dinlənilib.

 

Vətəndaşların bütün müraciətləri müvafiq qaydada rəsmiləşdirilib. Vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla baxılır, müraciətlərdə göstərilən məsələlərin həlli üçün zəruri tədbirlər görülür.  

 

Xüsusi karantin rejiminin tətbiqi, insanlar arasında fiziki təmasın məhdudlaşdırılması ilə əlaqədar olaraq Dövlət Komitəsinin rəsmi “Facebook” səhifəsində “Virtual qəbul otağı” layihəsi keçirilib. “Virtual qəbul otağı”nda ilk canlı yayım martın 19-da  təşkil edilib. Komitə tərəfindən atılmış bu addım məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, “Virtual qəbul otağı”nda keçirilən hər canlı yayımda məcburi köçkün onları maraqlandıran məsələlərlə bağlı Dövlət Komitəsinin məsul əməkdaşlarına suallarını ünvanlayıb. Bundan başqa, vətəndaşlardan bir çoxu səhifənin rəy bölməsinə müraciət yazıb. Müraciətlərin bir qismi canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən vətəndaşlara isə araşdırmadan sonra məlumat verilib.

 

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fövqəladə şəraitdə, karantin rejiminin davam etdiyi, iş yerlərinin müvəqqəti bağlandığı, sosial təcridin vacibliyi ilə əlaqədar əhalinin böyük əksəriyyətinin evdə qaldığı bir vaxtda Dövlət Komitəsi xüsusi sosial qayğıya ehtiyacı olan məcburi köçkünləri müəyyənləşdirib və onlara maddi yardım göstərilməsini təmin edib. Karantin rejimi müddətində komitə tərəfindən məcburi köçkün ailələlərinə ərzaq payı  verilib. Həmçinin Nazirlə Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, 65 yaşdan yuxarı vətəndaşları küçəyə çıxmasına qadağa qoyulması ilə əlaqədar, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün qəsəbələrində yaşı 65 yuxarı olan və tənha yaşayan şəxslər, həmçinin aztəminatlı ailələr müəyyənləşdirilib və onlara yardım edilib. Onu da qeyd edək ki, komitəyə sosial şəbəkə və elektron poçt vasitəsi yardım üçün edilən müraciətlər də dərhal nəzarətə alınıb və müvafiq tədbirlər görülüb.

 

Eyni zamanda, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda və bölgələrdə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya işləri həyata keçirilir.

 

Dövlətimizin başçısının göstərişlərinin, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinin icrası komitə rəhbərliyi tərəfindən şəxsən nəzarətdə saxlanılır.

14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 April, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 April, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 April, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 April, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 April, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 March, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 March, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 March, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb