"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2129
Məcburi köçkün probleminin yeganə həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır
Mətbuat xidmətinin məlumatı 27 Noyabr, 2019

Qaçqınlıq problemi bu gün bir çox ölkələr üçün aktualdır və bu sahədə beynəlxalq müstəvidə aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir, bununla belə məcburi köçkünlərlə bağlı  məsələlərə daha az yer ayrılması narahatlıq doğurur.

 

Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlara mühazirəsi zamanı deyib.  

 

Diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməmiş qalır.

 

Diplomatlara məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin  rəhbərliyi ilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün kompleks tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və artıq onlar tərəfindən bir neçə yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.

 

Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız ölkəmizin işğal altındakı ərazilərinin azad edilməsi və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə, beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyü vurğulanıb.

 

Sonda iştirakçıların Azərbaycana və dünyanın digər ölkələrinə aid beynəlxalq siyasət və humanitar hüquq məsələləri ilə bağlı sualları cavablandırılıb.

 

İnkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin ADA Universiteti ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” (“Advanced foreign service program for foreign diplomats") ixtisasartırma kursu çərçivəsində təşkil olunmuş mühazirə saatında Yəmən, Bosniya və Hersoqovina, Ekvador, Efiopiya, Banqladeş, Ruanda, Fələstin, Laos, Seneqal, Pakistan, Vyetnam, Serbiya, Argentina, Uruqvay və Əfqanıstandan olan diplomatlar iştirak ediblər. 

 

 

29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
16 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
14 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi…
13 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhəri: Gündüzdən gecəyə ...
01 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış yeni iş imkanları yaradır