"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2145
Amerika Dünya İşləri Şuralarının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar
Mətbuat xidmətinin məlumatı 08 İyun, 2011
Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri iyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla görüşmüşlər. Ə.Həsənov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaratdığı ağır problemlər və dövlətin bu problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Müasir standartlara uyğun təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Münaqişə nəticəsində Ermənistandan 250 min azərbaycanlı qovulmuş, onlar Azərbaycana üz tutmuş və qaçqın həyatı sürürlər. 700 min soydaşımız isə Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlardan didərgin salınmışlar. Bu gün onlar məcburi köçkün kimi ölkənin 60-a yaxın şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Baş nazirin müavini Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir. Görüşdə WACA təşkilatının prezidenti Lori Murray rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, WACA ABŞ ərazisində ən böyük qeyri-kommersiya təşkilatıdır və 500 minə yaxın şəbəkə üzvünü birləşdirir. Qurumun ən mühüm proqramlarından biri müxtəlif ölkələrə “Liderlik missiyası” səfərlərini həyata keçirməkdir. Səfərin məqsədi Azərbaycanla tanış olmaq, buradakı müvafiq beyin mərkəzləri, dövlət qurumları ilə səmərəli əlaqələr qurmaq, əldə edilmiş təcrübə əsasında ABŞ-da Azərbaycan həqiqətlərini yaymaqdır. Azərbaycanın ABŞ-ın Sante-Fe şəhərindəki fəxri konsulu, əvvəllər Bakıda işləmiş Emmit Riçard Art McHaffie budəfəki gəlişində paytaxtda çox müsbət dəyişikliklərin şahidi olduğunu məmnunluqla söyləmişdir. Nümayəndə heyətinin üzvləri vətənə qayıdandan sonra həm Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri, həm də Azərbaycanda şahidi olduqları sürətli inkişafı ölkə ictimaiyyətinə çatdıracaqlarına söz vermişlər. Əli Həsənov nümayəndə heyəti üzvlərini maraqlandıran suallara cavab vermişdir. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlar oraya xatirə hədiyyəsi təqdim etmişlər. WACA təşkilatının üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotoalbom və filmin diski təqdim olunmuşdur. Qonaqlar ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib