"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1739
Dövlət Komitəsinin sədri jurnalistlərin suallarını cavablandırıb
Mətbuat xidmətinin məlumatı 10 Oktyabr, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Dövlət Komitəsinin sədri çıxışı zamanı məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdıırlması istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib:

 

İki gün öncə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak etdi. Orada 1300 ailə məskunlaşdırılacaq. Həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri qoyulur. Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə başlanılıb. Mənzillər isə ailə sayına uyğun olaraq bölüşdürülür.

 

Bu ilin sonuna qədər ümumilikdə 6000 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək. Onlardan 3700-dən çoxu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerdə qalanları isə özəl sektorun köməkliyi ilə tikilən mənzillərdir. Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəzilərində isə tamamlanmaq üzrədir. Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək.

 

Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq.

 

 Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

 

1. Mahir Məmmədli, REAL Tv: Müxalifət bəzən aksiyalarında məcburi köçkünlərdən istifadə edir. Dünən belə bir faktın üstü açıldı ki, aksiyada iştirak edən bir məcburi köçkün düzgün olmayan məlumat verib. Dövlət Komitəsi bu cür adamları sosial şəbəkə və mətbuatda ifşa etmək üçün hansı tədbirləri görür?

 

Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Həmin şəxsin Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilov olduğu məlum oldu. Onun özünə və digər ailə üzvünə iki otaqlı mənzil verilib. Fikrimcə, müxalifət ilk növbədə düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar bu gün sadə düşüncə tərzi olan insanları aldadırlar. Nəyinsə müaqabilində cəmiyyətə xoşagəlməz məlumatlar çatdırırlar. Dövlət tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar göz qabağındadır. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra demişdi ki, Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq. İndiyədək 300 mindən yuxarı qaçqın və məcburi köçkün mənzillə təmin olunub. Cənab prezidentin siyasəti nəticəsində bu gün Azərbaycan güclü dövlətdir. Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır. Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür. Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüflər olsun ki, yenə də bu kateqoriyadan olan ailələr var.

 

2. Gündüz Vaqifoğlu, ARB: Bərdə rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbənin inşası nəzərdə tutulub?

 

Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Hazırda Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur.

 

3. Sevinc Vaqifqızı, APA Tv: Yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istifadə etdikləri elektrik naqillərinin üstü açıqdır. Bu orada yaşayan uşaq və böyüklərin həyatı üçün təhlükəlidir? Dövlət Komitəsi tərəfindən bu istiqamətdə hansı tədbirlər görülür?

 

Bakı şəhərində yerləşən yataqxanalarda elektrik naqillərinin vəziyyəti araşdırılıb. Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb. Onların təmiri ilə bağlı lazım olan vəsait müəyyən edilib və komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub.

 

Yataqxanalarda elektrik naqilləri çox həssas olduğu üçün yanğınlar baş verir. Belə hadisələr hansısa ehtiyatsızlıqdan baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar.

 

4. Cocuq Mərcanlıya köçürülmüş kənd sakinləri məcburi köçkün statusundan məhrum edilibmi?

 

Hazırda Cocuq Mərcanlı sakinləri bizim tabeliliyimizdən çıxıb. Həmin kəndin icra nümayəndəliyinin nəzarətindədir. Amma biz də onlara lazımı köməklikləri edirik. Cocuq Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır. Müraciət olunduğu təqdirdə Cocuq Mərcanlı kəndində yenə də evlərin tikilə bilər.

 

5. Elmar Həbibli, XƏZƏR TV: Hazırda yeni mənzillərə köçürülmək üçün neçə məcburi köçkün növbə gözləyir?

 

Hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır. Həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda və s. yaşayırlar. Mən onlarla mütəmadi olaraq görüşürəm. Bəziləri ilə də görüşəcəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək.

 

6. Aytən Nəzər, AZVİSİON.AZ: Məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərlə bağlı məsələ nə vaxt həllini tapacaq?

 

Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətimizdədir və yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Hazırda bu istiqamətdə müvafiq işlər görülür. Amma əsas məsələ hələ ki, bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin evlə təmin olunmasıdır. Təbii ki, fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Bu cür ailələr daha çox Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır.

 

 

13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb