XƏBƏRLƏR
Çap et
2248
Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar
Mətbuat xidmətinin məlumatı
27 May, 2011
Azərbaycanda səfərdə olan Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyəti 2011-ci il mayın 26-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə söhbət aparılmışdır.
Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkünlər ordusu, onların, habelə “qaçqın” statusu almaq niyyətində olan şəxslərin sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülən işlər və problemlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, münaqişə nəticəsində 250 min azərbaycanlı Ermənistandan qovulmuş, 700 min soydaşımız Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş, məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış, işğal nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğal altındakı rayonların əmlakı Ermənistana daşınmışdır.
Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışan Baş nazirin müavini bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Müasir standartlara uyğun təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.
Ə.Həsənov Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir.
Nümayəndə heyətinin rəhbəri Mark Field təmsil etdiyi qurumun Azərbaycanla dostluq əlaqələrinə yüksək dəyər verdiyini və bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən təsirləndiyini qeyd edən Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyətinin rəhbəri demişdir: “Ermənistan zəngin ölkə deyil, Azərbaycan isə sürətlə inkişaf edir. Ermənistan bu amili nəzərə almalıdır”.
M.Field Azərbaycana dördgünlük səfər çərçivəsində bölgələrə səfər etmək, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yerindəcə tanış olmaq, cəbhə bölgəsindəki vəziyyəti görmək istədiyini nəzərə çatdırmışdır.
Sonra Əli Həsənov nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırmışdır.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən buklet və filmin diski təqdim olunmuşdur.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









