"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1527
Səudiyyə Ərəbistanı Krallığı hökumətinin dəvəti ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-24-də həmin ölkədə rəsmi səfərdə olmuşdur.
Mətbuat xidmətinin məlumatı 29 Oktyabr, 2007
Səfərin ilk günü Əli Həsənov Səudiyyə İnkişaf Fondunun rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Səudiyyə İnkişaf Fondunun əhəmiyyətli rol oynadığını, həmçinin ölkəmizdə həyata keçirilən layihələrdə həmin fondun iştirakının Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. O, daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, münaqişənin indiki vəziyyəti barədə Səudiyyə tərəfinə məlumat vermişdir. Ə.Həsənov Azərbaycanın ədalətli mövqeyinin dünyanın bütün nüfuzlu təşkilatları tərəfindən dəstəkləndiyni bildirmiş və Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli mövqeyini qarşı tərəfin diqqətinə çatdırmışdır. Münaqişə nəticəsində öz evlərindən didərgin düşmüş 1 milyon nəfərədək qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyəti, onların problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə danışan Baş nazirin müavini qaçqın və məcburi köçkünlər üçün müvəqqəti yeni qəsəbələrin salındığını vurğulamış və bunu əyani materiallarla qarşı tərəfin nəzərinə çatdırmışdır. Ə.Həsənov Səudiyyə İnkişaf Fondunun gələcəkdə qaçqın və məcburi köçkünlər üçün həyata keçirilən layihələrdə iştirakının və bu məqsədlə fondun xüsusi missiyasının Azərbaycana səfərinin məqsədəuyğun olacağını qeyd etmiş, həmçinin Azərbaycan hökumətinin humanitar sahədə konkret layihələr təqdim etməyə hazır olduğunu bildirmişdir. Səudiyyə İnkişaf Fondunun rəhbərliyi Azərbaycanda fondun iştirakı ilə layihələrin uğurla həyata keçirildiyini qeyd etmişdir. Səudiyyə tərəfi Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini söyləyərək ölkəmizlə əməkdaşlıq etməyə daim hazır olduğunu bildirmişdir. Ə.Həsənovun təklifinə əsasən qaçqın və məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi sahəsində layihələrlə tanışlıq və bu layihələrdə iştirakın mümkünlüyünü öyrənmək məqsədilə fondun xüsusi missiyasının ölkəmizə göndəriləcəyi bildirilmiş və vurğulanmışdır ki, hazırda Azərbaycanda digər sahələr, o cümlədən humanitar sahədə layihələrin yerinə yetirilməsi mümkünlüyü fond tərəfindən araşdırılır. Görüşün sonunda hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəklərini bir daha bəyan etmişlər. Ə.Həsənov həmin gün Ümumdünya İslam Gənclər Assambleyasının baş katibi doktor Saleh al-Vuheybi ilə də görüşmüşdür. Al-Vuheybi assambleyanın fəaliyyəti barədə qısa məlumat verərək bu qurumun dünyada 50 ofisinin fəaliyyət göstərdiyini qeyd etmiş və təşkilatın Bakı ofisinin səmərəli və şəffaf fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Əli Həsənov öz növbəsində Ümumdünya İslam Gənclər Assambleyasının Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və bu dövr ərzində Azərbaycan hökuməti ilə assambleya arasında normal işgüzar münasibətlərin qurulduğunu, təşkilatın ölkənin qanunlarına uyğun fəaliyyət göstərdiyini söyləmişdir. Azərbaycanda mövcud olan problemləri öyrəndiklərinə və bu problemlərin həlli istiqamətində göstərdikləri fəaliyyətə görə təşəkkür edən Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə həmsöhbətinə məlumat vermişdir. Sonda Baş nazirin müavini doktor Saleh al-Vuheybini Azərbaycana səfərə dəvət etmişdir. Bununla yanaşı, Ə.Həsənov qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olmaq və bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə körfəz ərəb dövlətlərinin aparıcı humanitar təşkilatlarının iştirakı ilə Bakıda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsini təklif etmişdir. Hər iki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barəsində məlumat verilmişdir. Bu sahədə dövlət və beynəlxalq humanitar təşkilatlar tərəfindən görülmüş işlərə dair ərəb dilində hazırlanmış materiallar, fotoalbomlar və videofilmlər qarşı tərəfə təqdim edilmişdir. Ertəsi gün Ə.Həsənov Ciddə şəhərində İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli ilə görüşmüşdür. O, Əhməd Məhəmməd Əliyə Azərbaycanda olarkən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələrinə baş çəkdiyinə, bankın qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrdə iştirakına görə Azərbaycan hökuməti, qaçqın və məcburi köçkünlər adından təşəkkürünü bildirmişdir. Son dövrdə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə həmsöhbətinə ətraflı məlumat verən Ə.Həsənov qeyd etmişdir ki, çadır düşərgələrində yaşayan məcburi köçkünlər üçün Biləsuvar rayonunda yeni salınan qəsəbələrdə 5 orta məktəb, 5 tibb məntəqəsi, o cümlədən həmin qəsəbələrin içməli su təchizatı sisteminin tikintisi başa çatdırılmışdır. Bankın prezidenti layihələrin qısa müddətdə, şəffaf həyata keçirildiyinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıq etmişdir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti altında qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin bank tərəfindən rəğbətlə qarşılandığını ifadə etmiş və vurğulamışdır ki, problemin dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması baxımından Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin davam etdirilməsini məqsədəuyğun hesab edən Əhməd Məhəmməd Əli son illər Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini söyləmiş, bununla belə, beynəlxalq maliyyə qurumlarının, eləcə də beynəlxalq humanitar təşkilatların yardımına hər zaman, o cümlədən məcburi köçkünlərin öz doğma yerlərinə qayıtdıqdan sonra da ehtiyac duyulacağını bildirmişdir. O, məcburi köçkünlərlə bağlı kredit sazişi vaxtından əvvəl yüksək keyfiyyətlə icra olunduğu üçün Azərbaycana bu məqsədlə yeni kredit vəsaitinin ayrılacağını demişdir. Həmin gün Ə.Həsənov İslam Konfransı Təşkilatının (İKT) Baş katibi İkmaləddin İhsanoğlu ilə də görüşmüşdür. Görüşdə qaçqın və məcburi köçkünlərin indiki durumu və onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verən Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin İKT tərəfindən daim dəstəkləndiyinə, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrdə iştirakına görə təşəkkür etmişdir. İ.İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli gücləndiyini söyləmiş və qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı olduğunu sübut etməyə daim ehtiyac var. Baş katib qaçqın və məcburi köçkünlərə dəstək verilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildirmiş və təşkilatın növbəti iclaslarının birində ölkəmizdəki qaçqın və məcburi köçkün probleminin müzakirə olunacağını qeyd etmişlər. Növbəti görüş beynəlxalq \"İslami-Nicat\" humanitar təşkailatında keçirilmişdir. Burada Ə.Həsənov sözügedən təşkilatın baş katibi doktor Adnan bin Xəlil Paşa ilə görüşmüşdür. Doktor Adnan bin Xəlil Paşa krallıq hökumətinin dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirmiş, təşkilatın Azərbaycandakı ofisinin sərbəst, şəffaf və maneəsiz fəaliyyəti üçün görülən işlərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri son 14 ildə, xüsusən Azərbaycanda humanitar böhran zamanı beynəlxalq \"İslami-Nicat\" təşkilatına göstərdiyi yardımlara görə təşəkkür etmiş və qeyd etmişdir ki, Bərdədəki 2 çadır düşərgəsində həmin təşkilatın 13 il himayə etdiyi məcburi köçkünlər artıq müvəqqəti olaraq yeni qəsəbələrə köçürülmüşlər. Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktura malik yeni qəsəbələrin salındığını söyləyən Ə.Həsənov, buna baxmayaraq, beynəlxalq humanitar təşkilatların yardımına hələ də ehtiyac olduğunu qarşı tərəfin nəzərinə çatdırmışdır. Əvəzində doktor Adnan bin Xəlil Paşa Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ölkəmizdə fəaliyyətlərini gücləndirməyə hazır olduqlarını ifadə etmişdir. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Respublika Komissiyasının sədri Əli Həsənov həmçinin Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin komandanı general-leytenant Talal bin Möhsin əl-Anqavi ilə görüşmüşdür. Talal bin Möhsin əl-Anqavi ölkələrimiz arasında dini, irqi münasibətlərin tarixən mövcudluğunu, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərindən sonra iki ölkə arasında əməkdaşlığın daha da yüksələn xətlə inkişaf etdiyini, ölkəsinin Ermənistanla heç bir siyasi, iqtisadi münasibət saxlamadığını, bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini müdafiə etdiyini, Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycandakı bu problemlə daim yaxından maraqlandığını bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, öz ata-baba torpaqlarından didərgin salınan vətəndaşlar doğma yurdlarına qayıtmalıdırlar. Görüşdə dünyada olan qaçqınlar problemi, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlər üzrə müvafiq dövlət qurumlarının əməkdaşlığının və birgə beynəlxalq səviyyəli tədbirlərin təşkilinin vacibliyi də vuğulanmışdır. Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsi və onların satışından əldə olunan gəlirlərin Ermənistan silahlı qüvvələrinin silahlanmasına yönəldilməsi faktını həmsöhbətinin diqqətinə çatdırmışdır. Talal bin Möhsün əl-Anqavi qeyd etmişdir ki, 2003-cü ildən etibarən Səudiyyə Ərəbistanı ərazisindən narkotik vasitələrin tranziti kimi istifadəyə cəhdlər göstərilir və Sərhəd Qoşunları bunun qarşısını almaq üçün yeni texniki vasitələrdən istifadə edir. O, həmçinin müzakirə olunan məsələlər sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduqlarını bildirmiş və bu cür səfərlərin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində aydın təsəvvür yaratdığını qeyd etmişdir. Bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə ərəb dilində hazırlanmış materiallar, fotoalbomlar, videofilmlər, o cümlədən \"Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində yaranmış 1 milyonadək qaçqın və məcburi köçkün haqqında məlumat (1988-2005-ci illər)\" kitabı, Azərbaycanda qaçqınların, məcburi köçkünlərin, sığınacaq axtaranların vəziyyəti və sosial təminatı haqqında məlumat, həmçinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunmuş \"Vətən həsrəti və sönməyən ümidlər\" kitabı və s. təqdim edilmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb