XƏBƏRLƏR
Çap et
2333
Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
Mətbuat xidmətinin məlumatı
19 Fevral, 2019
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrin köçürülməsini davam etdirir. Bu məqsədlə fevralın 19-da Sumqayıt şəhərində növbəti püşkatma keçirilib.
Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər. Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar.
Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib.
Bakı və Sumqayıt şəhərlərində hələ də qəzalı bina və tikililərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının icrası davam etdirilir.
Püşkatmada iştirak edən Qubadlı rayonundan məcburi köçkün Xəyal Məmmədov, Laçın rayonundan Abdulla Ağaməliyev, Ağdam rayonundan Əlövsət Qurbanov, Füzuli rayonundan İkram Həziyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Burada yeni məktəb və uşaq bağçası da istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub









