XƏBƏRLƏR
Çap et
1769
Azərbaycanın ərazi bütövlüyünün bərpası işində gənclər Ali Baş Komandana daim dəstək olacaqlar
Mətbuat xidmətinin məlumatı
03 Mart, 2011
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə gənclər təşkilatları fəallarının dövlət və hökumət qurumlarının rəhbərləri ilə görüşləri çərçivəsində növbəti tədbir martın 2-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə keçirilmişdir.
Əli Həsənov ARGTMŞ tərəfindən irəli sürülmüş və artıq ənənə halını almış belə tədbirlərin rəsmi qurumlarla fəal gənclər arasında münasibətlərin qurulması baxımından əhəmiyyətini vurğulamışdır. Gənclərin gündəlik həyatımızın bütün sahələrində uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.
Baş nazirin müavini ermənilərin əzəli torpaqlarımıza köçürülməsi tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən bəhs etmişdir. Prezident İlham Əliyevin bu münaqişənin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verən Ə.Həsənov bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlarda daim əsas tutulur və gec–tez doğma torpaqlarımızı azad edəcəyik. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların problemlərindən və onların həlli istiqamətində görülən tədbirlərdən danışan komitə sədri bu insanların qəlbinin həmişə Vətən həsrəti ilə döyündüyünü nəzərə çarpdırmışdır.
Görüşün əhəmiyyətinə toxunan ARGTMŞ-in sədri, Milli Məclisin deputatı Fuad Muradov dövlət siyasətinin həyata keçirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini söyləyən F.Muradov gənclərin bu işdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə daim dəstək olacaqlarını vurğulamışdır.
Sonra gənclərin sualları cavablandırılmışdır.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









