"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2072
Xocalı faciəsi türk jurnalisti Cem Oğuzun “Qaçqın Anar Usubovun uzun səyahəti” filminin təqdimatı ilə anılmışdır
Mətbuat xidmətinin məlumatı 22 Fevral, 2011
Fevralın 21-də Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkiyəli rejissor Cem Oğuzun ekranlaşdırdığı “Qaçqın Anar Usubovun uzun səyahəti” filmi təqdim olunmuşdur. Prezident Administrasiyası və Nazirlər Kabineti rəsmilərinin, Milli Məclisin deputatlarının, işğal olunmuş rayonların icra hakimiyyətləri başçılarının, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyəti üzvlərinin və xocalıların iştirak etdiyi anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış etmişdir. Əli Həsənov Xocalı soyqırımını XX əsrin ən böyük faciəsi adlandırmış və onu dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulamışdır. Xatırlatmışdır ki, bu işin təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur və Prezident İlham tərəfindən davam etdirilir. Baş nazirin müavini beynəlxalq qurumların işğalçıya loyal münasibətindən, münaqişə ilə bağlı qərar və qətnamələrin icrası üçün qətiyyət göstərmədiyindən, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmamasından təəssüfləndiyini vurğulamışdır. Bildirmişdir ki, Türkiyənin Bilkent Universitetinin professoru, tanınmış jurnalist Cem Oğuz tərəfindən çəkilmiş bu ekran əsəri xalqımızın başına gətirilmiş Xocalı faciəsinin bütün dünyaya çatdırılmasına böyük təkan verəcəkdir. Çəkilişləri Türkiyənin NTV kanalı tərəfindən aparılmış bu filmin araya-ərsəyə gəlməsinə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyi təşkilatı dəstək vermişlər. Filmin maliyyə xərcləri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödənilmişdir. Layihənin reallaşdırılmasında zəhməti olanlara dərin təşəkkürünü bildirən natiq vurğulamışdır ki, bundan sonra da belə ekran əsərləri çəkiləcəkdir. Tədbirdə çıxış edən filmin rejissoru Cem Oğuz demişdir ki, bəzən jurnalistin sözünün bitdiyi an olur və o, fikrini başqa yolla çatdırmaq istəyir. Mən bu filmi yaratmağı üstün tutdum. Tarixlə üzləşmək çətindir. Ermənilər Xocalı faciəsini törətməklə özlərini tarixlə üz-üzə qoymuşlar. Nə demək istədiyimi filmdə görəcəksiniz. Məqsədim Xocalıda baş verənləri bütün dünyaya yaymaqdır. Dünya xalqları bənzəri olmayan bu faciə ilə bağlı çox az məlumata malikdirlər. Biz çalışacağıq ki, əsl həqiqəti və ermənilərin necə pis bir xislətə malik olduqlarını hamıya göstərək. “Mədəniyyət” kanalının direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev filmin yüksək professionallıqla çəkildiyini bildirmiş və belə ekran əsərlərinin gənc nəslin tarixi keçmişimizi öyrənməsi baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. C.Quliyev 1969-cu ildə “Adi faşizm” filmini çəkmiş Mixail Rommun belə bir fikrini xatırlatmışdır ki, faşizm gələcəkdə daha qəddar olacaqdır. Xocalı hadisələri göstərdi ki, erməni faşizmi alman faşizmindən qəddardır. Sonra film göstərilmişdir. Filmdə ermənilərin törətdikləri Xocalı soyqırımı zamanı 8 yaşında olan qaçqın uşaq öz həyatını nəql edir. Qərb sənədli filmləri ruhunda çəkilmiş ekran əsəri artıq bir sıra beynəlxalq səviyyəli müxtəlif festivallarda mükafatlara təqdim olunmuşdur. Yaxın vaxtlarda bu ekran əsərinin təqdimat mərasimlərinin Vaşinqtonda və Los-Ancelesdə də keçiriləcəyi gözlənilir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib