XƏBƏRLƏR
Çap et
1748
Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclasında iştirak edib
Mətbuat xidmətinin məlumatı
20 Dekabr, 2018
Dekabrın 18-19-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) üzv dövlətlərinin iştirakı ilə Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclası keçirilib. İclasda ölkəmiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda qaçqın və məcburi köçkünlərin müdafiə məsələləri, şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı, yerli özünüidarəetmə orqanlarının bu sahədə rolu müzakirə edilib.
Dövlət Komitəsinin sədr müavini iclasda çıxış edib. BMT QAK-ın Ali komissarı və beynəlxalq ictimaiyyətə iki gün öncə BMT Baş Assambleyası tərəfindən qaçqınlar üzrə Qlobal sazişin qəbul olunması ilə bağlı təbriklər çatdırılıb və bildirilib ki, həmin sənədin ərsəyə gəlməsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib.
Qeyd olunub ki, iclasın mövzusu Azərbaycan üçün iki baxımdan aktualdır. Belə ki, qaçın və məcburi köçkünlərin sayına görə ölkəmiz dünyada ilk yerlərdən birini tutur. Eyni zamanda, 2017-ci ilin may ayında Bakı IV Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalardan biri məhz bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi məsələsinə həsr olunub.
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsindəki təcrübəsi və tətbiq etdiyi model barədə iclas iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələlər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qəbul edilmiş Dövlət Proqramı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Proqramın icrası nəticəsində indiyədək 300 min məcburi köçkün ailəsinin yeni mənzillə təminatına şərait yaradan 100-dən çox qəsəbə salınıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə işin daha da təkmilləşdirilməsi sahəsində böyük və müstəsna xidmətləri var. Şəxsən Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və ilk dəfə özəl sektorun vəsaiti hesabına 1026 mənzilli yaşayış kompleksi tikilərək istifadəyə verilib və bu istiqamətdə fəaliyyət davam edir.
Dövlət Komitəsinin sədr müavini BMT və BMT QAK-a bu günədək və hazırda Azərbaycanda məcburi köçkünlərlə bağlı göstərdikləri fəaliyyətə görə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, BMT QAK və beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra “Böyük Qayıdış” prossesində çox böyük rolu olacaq. Bu, məcburi köçkünlərin fundamental insan hüquqlarının bərpası, onların doğma yurd-yuvalarına ləyaqətlə və könüllü şəkildə qayıtması üçün həmin təşkilatların görəcəyi işlərdən ibarətdir.
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub









