"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2203
Məcburi köçkünlər üçün yeni layihə icra olunacaq
Mətbuat xidmətinin məlumatı 29 Oktyabr, 2018
Oktyabr ayının 29-da Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) GmbH və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsinin təqdimat mərasimi keçirilib. Müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə GİZ Cənub Qafqazı əhatə edən və ümumi büdcəsi 6 milyon avro olan proqram Gürcüstan və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inteqrasiyasını dəstəkləməsi nəzərdə tutur. Pilot mərhələ kimi Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkünlərin və onlarla birgə yaşayan yerli əhalinin həyat şəraitlərini yaxşılaşdırmaq və bölgənin iqtisadiyyatına töhfə verməsi məqsədilə ümumi inkişafı, onların texniki-peşə və peşəkar bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur. Bunun üçün müxtəlif uzun və qısamüddətli praktik təlimlərin keçirilməsi və mentorluq yanaşmasından istifadə olunacaqdır. Layihədə həm də məcburi köçkünlərin inkişafı ilə məşğul olan dövlət qurumlarının texniki bacarıqlarının daha da təkmilləşməsi üçün birgə fəalliyyətlər həyata keçiriləcək. Təqdimat mərasimində Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədr müavini Fuad Hüseynov, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini xanım Andrea Sülh və GİZ-Azərbaycanda ölkə üzrə direktoru xanım Sonia Fontaine, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı və layihənin rəhbəri xanım Friederike Rochowanski çıxış edib, layihənin məcburi köçkünlər və aztəminatlı ailələr üçün əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, layihənin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf fondudur.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb