XƏBƏRLƏR
Çap et
3953
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
13 Avqust, 2018
Kütləvi informasiya vasitələri mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkün vətəndaşın avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd etməsi barədə məlumat yayıb.
Bununla əlaqədar olaraq bildiririk ki, həmin vətəndaş – Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87” ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb. Yataqxanadakı 112 otaqdan 58-də mülkiyyət hüququ ilə yerli sakinlər, 54-də məcburi köçkünlər yaşayıb. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin buradan köçürülməsi üçün tədbirlər görülüb. Yerli sakinlər və məcburi köçkün ailələrdən 26-sı kompensasiya alaraq bu ilin mart ayının 16-17-də yataqxanadan köçüb. Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına müraciətlər edirlər.
Son vaxtlar onlar bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək, üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq, ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb.
Komitə sədri dərhal hadisə yerinə gələrək Novruzzadə Natiq Nadir oğlunu sakitləşdirməyə, onu qeyri-qanuni hərəkətlərdən çəkindirməyə çalışıb. Məhz Rövşən Rzayevin səyi və səmimi ünsiyyəti nəticəsində Novruzzadə Natiq Nadir oğlu sakitləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım çağırılıb.
Baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonunun hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Vətəndaş Novruzzadə Natiq Nadir oğlunun hərəkətlərinə lazımi hüquqi qiymət veriləcəkdir.
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub









