XƏBƏRLƏR
Çap et
1733
“Qobu Park”a daha 103 ailənin köçürülməsinə start verilib
Mətbuat xidmətinin məlumatı
30 İyul, 2018

Qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi davam etdirilir. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülmə üçün növbəti püşkatma Binəqədi rayonunda baş tutub.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşır. Qeyd olunub ki, ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə baxılıb və 4 min ailənin köçürülməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Bundan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və burada tikinti işləri qısa müddətdə başa çatdırılıb. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin bu il iyulun 9-dan həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.
Püşkatmada Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki, Səhiyyə Nazirliyinin təmir-tikinti idarəsinin balansında olan 7 saylı inzibati binada və “Səttar Bəhlulzadə küçəsi, 23” ünvanında yerləşən 3 saylı fəhlə yataqxanasında ağır şəraitdə yaşayan məcburi köçkünlər iştirak ediblər.
Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yeni salınmış “Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər. Ümumilikdə 103 ailəyə yeni mənzillərin orderləri təqdim edilib.
Püşkatma mərasimində iştirak edən məcburi köçkünlərdən Gülnaz Əmirova (Füzuli rayonu), Rahilə Hüseynova (Laçın rayonu), Ofeliya Allahverdiyeva (Füzuli rayonu) və başqaları bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini bildiriblər. Onlar məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib